SON XƏBƏRLƏR

Azərbaycan cüdo üzrə dünya kubokunda (cam-i cəhanidə) 1-ci yerə sahib olub

2021.10.20, 07:36
Azərbaycan cüdo üzrə dünya kubokunda (cam-i cəhanidə) 1-ci yerə sahib olub

Gunaz.tv

GünAz TV: Bakıda keçirilən cüdo üzrə Dünya kuboku (cam-i cəhanid) yarışları başa çatıb.

Oktyabrın 9-da Bakıda, “Sərhədçi” İdman (vərziş) Olimpiya Mərkəzində 2012-ci il London Yay Olimpiadasına lisenziya (mücəvviz) xarakterli cüdo üzrə kişilər arasında Dünya Kuboku yarışları başa çatıb.

 

 Yarışda Azərbaycan milli komandası (timi) 2 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olan yığmamız ümumi komanda hesabında 1-ci yeri tutub.

 

 İlk üçlükdəki digər yerlərdə 1 qızıl, 1 gümüş və 4 bürünc medalla Rusiya 2-ci, 1 qızıl və 1 bürünc medal qazanan Misir isə 3-cü olub.

 

 Millimizin qazandığı medallara gəlincə isə cüdoçularımızdan Vüqar Şirinli (60 kq) və Tərlan Kərimov (66 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

 

 Həlledici döyüşdə Şirinliyə uduzan İlqar Müşkiyev gümüş medalla kifayətlənib.

 

 Millimizə bürünc medalı isə Rüstəm Orucov (73 kq) qazandırıb. Gün.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar