SON XƏBƏRLƏR

İran dar ağacından asır, Ərəbistan isə boyun vurur

2021.10.20, 07:36
İran dar ağacından asır, Ərəbistan isə boyun vurur

Gunaz.tv

GünAz TV: Səudiyyə Ərəbistanında iki ərəb və 8 banqladeşlinin boynu cəllad qılıncı ilə vurulub. Onlar “oğurluq və qətldə” ittiham olunub. Ötən il isə bu ölkənin həbsxanasında 10 iraqlı edam edilmişdi.

İslam dünyasının liderliyinə iddia edən başqa bir rejim isə İrandakı hakimiyyətdir. Onun davranışı heç də Səudiyyədəkindən fərqlənmir.

GünAz TV mətbuat mərkəzinin “Lent-az”a istinadən yaydığı məlumata görə, Elə ötən həftə ərzində bu ölkədə 30-a yaxın insanın edam olunduğu haqda xəbər yayılıb.

 Hakimiyyət həmin insanları casusluqda, narkotik (müxəddir) maddələrin qaçaqmalçılığında və s. belə ittihamlarla mühakimə edərək, dar ağacından asır.

Həm cəlladın qılıncı ilə boynu vurulanlar, həm də dar ağacından asılanların həmin hökmlərə nə dərəcədə layiq olduqları bir qayda olaraq, şübhəli qalır. Çünki bu ölkələrdə millətin sərvətlərini talayıb, oğurlayanlar heç vaxt mühakimə olunmur. Barələrində edam hökmü çıxarmışların “işlətdikləri” cinayətin səbəbləri isə bir qayda olaraq, araşdırılmır.

Hüquq müdafiəçilərinin hesabatına əsasən, bu ilin ilk 9 ayı ərzində İranda 184 nəfər, Səudiyyə Ərəbistanında isə 55 nəfər edam olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar