SON XƏBƏRLƏR

Təbrizdə Afişa (puster) yaymaq ittihamı ilə tutulanların bir neçəsi azadlığa buraxılıb

2021.10.20, 07:36
Təbrizdə Afişa (puster) yaymaq ittihamı ilə tutulanların bir neçəsi azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Təbrizin Qumtəpə məhəlləsində Avqustun 24-ü (şəhrivərin 2-i) iftar mərasimi zamanı tutulanlar barədə afişa (puster) yaymaq ittihamı ilə tutulanların 6-ı azadlığa buraxılıb.

 

Onlar təxmin 20 və 30 min dollarlıq (20 və 30 milyon tümənlik) mülki vəsiqə qarşılığında sərbəst ediliblər.

 

Məlumata görə, Vəli Bərqzadə, Əsğər Ağayi, Rəhim Əlirzayi, Əmir Babayi, Həsən Fəthi və Şəhram Dadaşı Təbrizin mərkəzi zindanından azadlığa buraxılıblar. Adını çəkdiyimiz milli-mədəni fəallar keçmiş son 3 gündə azad ediliblər.

 

Eyni ittiham ilə tutulan Məsud Bayramı, Əkbər Mühaciri və Məhəmmədrza Xacei isə 11 gün tutulduqdan sonra hələdə Təbrizin mərkəzi zindanında saxlanılırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar