SON XƏBƏRLƏR

Cəfərzadə ailəsinin dəfn mərasimində tutuqlanan 4 milli-mədəni fəalın durumundan xəbər yoxdur

2021.10.20, 07:36
Cəfərzadə ailəsinin dəfn mərasimində tutuqlanan 4 milli-mədəni fəalın durumundan xəbər yoxdur

Gunaz.tv

GünAz TV: Yol qəzası nəticəsində dünyalarını dəyişmiş tanınmış azərbaycanlı fəal İbrahim Cəfərzdaə, onun həyat yoldaşı Mina Kəhrübayi və 1 yaşlı övladları Aylanın dəfn mərasimində təxminən 100 nəfər azərbaycanlı fəal tutuqlanmışdır.

 

Xoy şəhərində keçirilən dəfn mərasimi zamanı tutulanların əksəriyyəti 24 saat sonra ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) tərəfindən buraxılsada, hələdə 4 nəfər saxlanılır.

 

Məlumata görə, Bəhmən Nəsirzadə, Şirzad Hacilu, Vəhid Faizpur və Şəhram Yüzbaşının necə saxlanılması və ümumiyyətdə onların vəziyyəti ilə bağlı heç bir məlumat yoxdur.

 

Adını çəkdiyimiz milli-mədəni fəallar keçmişdədə dəfələrlə oxşar təzyiqlərə məruz qalıblar.

 

Xatırladaq ki, tanınmış azərbaycanlı fəal ailə, Xoy şəhəri sakinləri Cəfərzadə ailəsi sentyabrın 26-ı (mehrin 4-ü) yol qəzası nəticəsində dünyalarını dəyişibər.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar