SON XƏBƏRLƏR

Müsavat 100 yaşında

2021.10.20, 07:36
Müsavat 100 yaşında

Gunaz.tv

GünAz TV: Azərbaycanın ən qədim siyasi partiyası Müsavat quruluşunun 100-cü ildönümünü qeyd edir.  

Müsavat partiyası 1911-ci ildə Məhəmməd Əmin Rəsulzadənin təşəbbüsüylə, Məhəmməd Əli Rəsulzadə, Abbasqulu Kazımzadə və Tağı Nağıoğlu tərəfindən Bakıda yaradılıb.

1918-ci ildə Şərqin ilk cümhuriyyətinin - Azərbaycan Demokratik Respublikasının (Cümhuriyyətinin) qurulmasında Müsavat Partiyası böyük rol oynayıb. Partiya lideri Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Milli Şurasının sədri seçilib.

1920-ci ildə Azərbaycanın Sovetlər Birliyi (Şurəvi) tərəfindən işğal edilməsindən sonra Müsavat liderləri mühacirətə getmək məcburiyyətində qalıb. Ancaq mühacirət dönəmində də partiyanın irsi yaşadılıb. Məhəmməd Əmin Rəsulzadə və silahdaşları əvvəl illeqal şəkildə, 1949-cu ildən etibarən isə Azərbaycan Kültür Dərnəyi adı altında Müsavat Partiyasının irsini davam etdiriblər.

Azərbaycanın ikinci dəfə müstəqilliyini qazanmasından sonra - 1992-ci ildə Müsavat Partiyası rəsmən bərpa olunub və Azərbaycanda fəaliyyətə başlayıb. Partiyanın başqanı İsa Qəmbər indiyə qədər bu statusda (məqamda) fəaliyyətini davam etdirməkdir.

Partiyanın 100-cü ildönümü ilə bağlı Müsavat Partiyasının qərargahında dünən və bu gün yubiley (ildönüm) tədbirləri keçirilib.

Müsavat başqanı İsa Qəmbər partiyanın bölgədəki ən köklü siyasi təşkilat olduğunu vurğulayıb və Azərbaycan tarixindəki əhəmiyyətinə diqqət çəkib. Müsavat başqanı partiyanın demokratik qurum olaraq siyasətdəki yerini hər zaman qoruyacağını bildirib. Müsavat Partiyasının yubiley tədbirində bir çox ölkədən təmsilçilər, bəzi millət vəkilləri və partiyanın üzvləri iştirak ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar