SON XƏBƏRLƏR

Suriyada cümə nümayişləri zamanı yenə qan töküldü

2021.10.20, 07:36
Suriyada cümə nümayişləri zamanı yenə qan töküldü

Gunaz.tv

GünAz TV: Suriyada "Milli Şura cüməsi" şüarı altında keçirilən kütləvi cümə nümayişləri zamanı bu ölkənin təhlükəsizlik qüvvələri tərəfindən 20 nəfər öldürülüb.

Öldürülənlər arasında tanınmış kürd müxalifətçisi Mişaal əl-Tammo da var. Bu barədə Trend "Əl-Cəzirə" telekanalına istinadən xəbər verir.

Aksiya iştirakçıları hazırkı rejimin istefasını tələb edirlər.

Suriyada "Milli Şura Cüməsi" şüarı altında keçiriən nümayişlər bir az əvvəl yaradılan Milli Keçid Şurasına dəstəyi simvolizə edib.

Suriyada artıq yarım ildən çoxdur ki, hökumət əleyhinə aksiyalar (yürüşlər) davam edir. Aksiyalar ilk dəfə mart ayının ortalarında ölkənin cənubundakı Dəra şəhərində başlayıb, sonra regionun (bölgənin) digər şəhərlərinə keçib. BMT-nin (Birləşmiş Millətlər Təşkilatının) göstəricilərinə görə, həlak olanların sayı 3,6 min nəfərə çatıb.

Müxalifət Prezident Bəşşar əl-Əsədin istefasını və ölkədə siyasi dəyişikliklər tələb edir. Rejim əleyhdarları hakimiyyətə müxalif orqanı kimi Milli Keçid Şurası yaradıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar