SON XƏBƏRLƏR

Maliyyə qalmaqalı Əhmədinejadın nüfuzunu darmadağın edib

2021.10.20, 07:36
Maliyyə qalmaqalı Əhmədinejadın nüfuzunu darmadağın edib

Gunaz.tv

GünAz TV: İranda prezident Mahmud Əhmədinejada qarşı vəziyyət yenidən gərginləşməyə başlayıb. Bu maliyyə qalmaqalı ilə bağlıdır.

İranın parlament komissiyası (komisyonu) ölkə tarixində ən iri maliyyə qalmaqalının araşdırılması çərçivəsində prezident Mahmud Əhmədinejad administrasiyası (nəhad-i riyasət-i cümhuri) ilə bağlı istintaq əməliyyatlarının keçirilməsini labüd hesab edib. ANS PRESS-in CNN-ə istinadən verdiyi məlumatda belə yazılıb.

Xüsusi olaraq qeyd edilir ki, bu qərardan az öncə komissiya İranın ali dini lideri Əli Xameneinin ətrafından məktub alıb. Məktubda mühafizəkarlar (İran İslam İnqilabı Keşikçiləri Korpusunun- Sepah) xahiş edirlər ki, tədqiqat zamanı M. Əhmədinejada yaxın olan şəxslər, xüsusilə də prezident administrasiyasının rəhbəri İsfəndiyar Rahim Məşaini diqqətdən kənarda qalmasın.

Bir çoxları hesab edir ki, M. Əhmədinejadın korrupsiya (fəsade mali) qalmaqalı ilə mümkün əlaqəsi onun siyasi nüfuzuna xələl gətirəcək. "Reuters" isə anonim (adsız) qalmaq istəyən iranlı siyası elitanın (siyasi nüxbələr) nümayəndəsinə istinadən yazır ki, artıq M. Əhmədinejad bu fırıldağa bulaşıb... O, xalq qarşısında zəiflədilmiş görünür. Əhmədinejadı elə vəziyyətə saldılar ki, 2012-ci ilin mart ayında keçiriləcək parlament seçkisində hər hansı siyasi addımlar atması olduqca çətin olacaq.

Korrupsiya ilə bağlı İran tarixində ən iri qalmaqala gəlincə isə məsələ belədir. Belə ki, 2011-ci ilin sentyabr ayının sonlarında İran bank sistemindən 30 trilyon rial (2 milyard yarım dollardan artıq) pul oğurlanır. Güman edilir ki, dələduzluqla bağlı saxlanılanlarla İran prezident administrasiyasının rəhbəri İ. R. Məışainin yaxın əlaqəsi olub. Lakin dövlət başçısı M. Əhmədinejad dəfələrlə bu işdə nə özünün, nə hakimiyyət nümayəndələrinin əlinin olmadığını bəyan edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar