SON XƏBƏRLƏR

Qəddafinin sonu gəlir

2021.10.20, 07:36
Qəddafinin sonu gəlir

Gunaz.tv

GünAz TV: Liviyada (Libidə) devrilmiş lider Müəmmar Qəddafinin tərəfdarlarında qalmış son 2 şəhərdən biri olan Sirt uğrunda şiddətli döyüşlər davam edir.

 

Bir neçə gündür davam edən döyüşlər nəticəsində artıq Qəddafinin tərəfdarları tam sıxışdırılıb. Onlar qiyamçılar tərəfindən mühasirəyə alınıb və məğlubiyyətin bir addımlığındadırlar. Bu barədə Milli.Az xəbər portalı BBC-yə istinadən xəbər yayıb.

 

Dünəndən daha genişmiqyaslı xarakter (mahiyyət) almış döyüşdə ən azı 12 nəfər həlak olub, 200-dək yaralı var. Mühasirəyə alınmış Qəddafi tərəfdarları tank və qumbaraatanlardan atəşə tutulur. Onlar qiyamçılara qarşı əsasən snayperlərlə (təktirəndaz) mübarizə aparırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar