SON XƏBƏRLƏR

İslam Partiyasının sədri və üzvlərinə ümumilikdə 76 il həbs cəzası verildi

2021.10.20, 07:36
İslam Partiyasının sədri və üzvlərinə ümumilikdə 76 il həbs cəzası verildi

Gunaz.tv

GünAz TV: Bakı Ağır Cinayətlər Məhkəməsində İslam Partiyasının sədri Mövsüm Səmədov və digərlərinin məhkəmə prosesi (sürəci) başa çatıb.

hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə partiyanın sədri Mövsüm Səmədovun 12 il, partiyanın sədr müavini Vaqif Abdullayevin 11 il, Astara rayon təşkilatının sədri Rufulla Axundzadənin 11 il 6 ay, Mövsüm Səmədovun qaynı Firdovsi Məmmədrzayevin 10 il, qohumu Dəyanət Səmədovun 10 il, Masallı ruhanisi Fəramiz Abbasovun 11 il müddətinə azadlıqdan məhrum, ilahiyyatçı-alim Zülfüqar Mikayılzadənin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməklə 5 il sınaq müddəti təyin olunmaqla, 11 il müddətinə şərti cəzaya məhkum olunub.

İslam Partiyasının sədri Mövsüm Səmədov, partiyanın Astara rayon (şəhər, məntəqə) şöbəsinin sədri Rufulla Axundov, partiya sədrinin müavini Vaqif Abdullayev, Səmədovun əmisi oğlu Dəyanət Səmədov, partiya üzvləri Firdovsi Məmmədrzayev, Fəramiz Abbasov və Zülfüqar Mikayılov təqsirləndirilən şəxs qismində həbs olunublar.

Onlara qarşı Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən “mövzulardan” istifadə etməklə cinayətə hazırlıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz “twf’ng” odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə təqsirləndirilirlər. qaynaq: Gün.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar