SON XƏBƏRLƏR

Zəncanda Təhlükəsizlik qüvvələri Cəfərzadə ailəsi ilə bağlı keçirilməli olan yas mərasiminə icazə verməyib

2021.10.20, 07:36
Zəncanda Təhlükəsizlik qüvvələri Cəfərzadə ailəsi ilə bağlı keçirilməli olan yas mərasiminə icazə verməyib

Gunaz.tv

GünAz TV: Cümə günü Zənacanın Məhdiyyə məscidində yerli vaxtla saat 10:00-dan 12:00-a qədər mərhum İbrahim Cəfərzadə, onun həyat yoldaşı Mina Kəhrubayi və 1 yaşlı övladları Ayla Cəfərzadənin vəfatı ilə bağlı keçirilməli olan yas mərasiminə qadağa qoyulub.

 

Məlumata görə, mərasimdən bir gün öncə polis idarəsi tərəfindən məscidə gedilib və məscid xadiminə deyilib ki, sabah burda nəzərdə tutulan yas mərasimi keçirilməməlidir.

 

Bu haqda mərasimi təşkilatçılıq edən azərbaycanlı fəallar bir çox səlahiyyətli orqana müraciət etsələrdə heç bir nəticə əldə edilməyib.

 

Əldə etdiyimiz məlumata görə, mərasim təşkilatçılarından olan azərbaycanlı fəal cənab Rza Abbasi tutulub və 2 saat sonra azad edilib.

 

Xatırladaq ki, tanınmış azərbaycanlı fəal ailə, Xoy şəhəri sakinləri Cəfərzadə ailəsi sentyabrın 26-ı (mehrin 4-ü) yol qəzası nəticəsində dünyalarını dəyişibər.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar