SON XƏBƏRLƏR

Təbriz zindanındakı işgəncələr təsdiqlənib

2021.10.20, 07:36
Təbriz zindanındakı işgəncələr təsdiqlənib

Gunaz.tv

GünAz TV: 15 nəfər azərbaycanlı siyasi məhbus işgəncə edildikləri ilə bağlı öz şikayətləri üzərində israrla dayanıblar. 

 

Məhbusların israrından sonra, Təbrizin qanuni həkimi onların mütəxəssis həkim tərəfindən müayinə olunmasını tapşırıb.

 

Həftənin 2-ci və 3-cü günləri (seşənbə və çaharşənbə günləri) müayinə olunan Məhəmməd Əlimuradi və Əli Şirnakın işgəncə edildikləri artıq öz təsdiqini tapıb.

 

İşgəncələrə məruz qalmış başqa məhbuslarında müayinə ediləcəyi gözlənilir.

 

Qeyd edək ki, işgəncə əmrini verən ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məsulları özlərini kənara çəkərək, işgəncə suçunu bir neçə sadə zindan məmuru və əsgərin üzərinə qoymağa çalışırlar.

 

Qaynaq:  “facebook səhifəsi – Urmu Gölünün nicatı planının (tərhinin) rəddi ilə bağlı İran məclisinə etiraz”

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar