SON XƏBƏRLƏR

Vəhid Faizpur aclıq aksiyasına (etisab-i ğəza) başlayıb

2021.10.20, 07:36
Vəhid Faizpur aclıq aksiyasına (etisab-i ğəza) başlayıb

Gunaz.tv

GünAz TV:  Tanınmış azərbaycanlı fəal mərhum İbrahim Cəfərzadə, onun yoldaşı Mina Kəhrübayi və 1 yaşlı övladları Ayla Cəfərzadənin dəfn mərasimində tutuqlanan Vəhid Faizpurdan yeni xəbər var.

 

Məlumata görə, artıq 10 gündən çoxdur həbsdə saxlanılan Vəhid Faizpur Xoy zindanında aclıq aksiyasına (etisab-i ğəza) başlayıb.

 

O, zindanda incildiyinə və qanunsuz həbsinə görə aclıq aksiyasına başlayıb.

 

Son məlumata görə, Xoy şəhərinin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsindən kobud cavab eşidən azərbaycanlı fəalın ailəsi, cənab Faizpurun cismi vəziyyəti ilə bağlı olduqca nigarandır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar