SON XƏBƏRLƏR

Bakıda Azərbaycan və Fransa prezidentlərinin təkbətək görüşü olub

2021.10.20, 07:36
Bakıda Azərbaycan və Fransa prezidentlərinin təkbətək görüşü olub

Gunaz.tv

GünAz TV: Paytaxt Bakıda Oktyabrın (October) 7-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev və Fransa prezidenti Nikola Sarkozinin təkbətək görüşü olub.

 

GünAz TV mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə,  görüşdə Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub. Ölkələr arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik bildirilib.

 

 N. Sarkozinin Azərbaycana rəsmi səfərinin əlaqələrin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

 

 Görüşdə ikitərəfli, regional (bölgəsəl) və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 Fransa prezidenti Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə də görüşüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar