SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Əsgər Əkbərzadə mülki vəsiqə qarşılığında azadlığa buraxılıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Əsgər Əkbərzadə mülki vəsiqə qarşılığında azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı fəal Əsgər Əkbərzadə Ərdəbil zindanından mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.

 

Təxminən 70000 dollarlıq (70 milyon tümənlik) mülki vəsiqə qarşığında azadlığa buraxılan Əkbərzadə, Ərdəbildə Urmu Gölü ilə bağlı keçirilən kütləvi etiraz yürüşündən öncə tutuqlanıb. O, sentyabrın 10-da (şəhrivərin 19-da) Ərdəbilə gələrkən Nəmin şəhərinin yol polisinin yoxlama məntəqəsində tutuqlanmışdır.

 

Əsgər Əkbərzadə tutulduqdan sonra Ərdəbil ETTELAATının (İran Kəşfiyyat Nazirliyi) təcridxanasında 23 gün və mərkəzi zindanda 3 gün saxlanıldıqdan sonra ağır mülki vəsiqə qarşılığında sərbəst edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar