SON XƏBƏRLƏR

Suriya ordusu Livan (Lübnan) ərazisinə daxil olub, ölən var

2021.10.20, 07:36
Suriya ordusu Livan (Lübnan) ərazisinə daxil olub, ölən var

Gunaz.tv

GünAz TV: Əsgərlər Bekaa vadisində bir neçə evi atəşə tutublar.

Anspress xəbər verir ki, Suriya hərbçiləri Livan (Lübnan) ərazisinə keçərək, bir neçə evi atəşə tutublar. Nəticədə sərhəddəki Bekaa vadisində yaşayan bir suriyalı həlak olub. Məlumatı “Frans Press” agentliyi Livan hökumətinin adı çəkilməyən nümayəndəsinə istinadən yayıb.

 

“Təxminən saat 14.30-da (yerli vaxtla) Suriya qoşunları Livan ərazisinə keçərək, Suriya vətəndaşı olan fermer Əli Əl-Xətibə atəş açıblar”, - mənbə bildirib.

 

Suriya qoşunlarının Livan ərazisinə çoxulmasının səbəbi, eləcə də, niyə suriyalı əsgərlərin hədəfinin məhz həmin fermerin olduğu məlum deyil. Hadisənin təfərrüatları açıqlanmır.

 

Qeyd edək ki, bu həftə Suriya tankları Livan sərhəddini keçmişdilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar