SON XƏBƏRLƏR

Dünən Ermənistanda bu gün Azərbaycanda

2021.10.20, 07:36
Dünən Ermənistanda bu gün Azərbaycanda

Gunaz.tv

GünAz TV: Bu gün Sarkozinin Azərbaycana səfəri başlayır.

Fransa prezidenti Nikolya Sarkozi Cənubi Qafqaz bölgəsinə səfəri çərçivəsində Bakıya gələcək.

Səfər zamanı Cənubi Qafqaz ölkələrinin dövlət başçıları ilə ikitərəfli əlaqələrin inkişafı və regional (bölgəsəl) təhlükəsizlik məsələlərinin müzakirə ediləcəyi gözlənilir. Cənubi Qafqazdakı münaqişələrin nizamlanması da Fransa liderinin səfəri zamanı diqqət mərkəzində olacaq. Nikolya Sarkozinin Bakıya səfəri çərçivəsində həmçinin Azərbaycanda fransız dili məktəbinin yaradılması ilə bağlı sazişin imzalanacağı da gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar