SON XƏBƏRLƏR

Fransa prezidenti Türkiyəni hədələdi

2021.10.20, 07:36
Fransa prezidenti Türkiyəni hədələdi

Gunaz.tv

GünAz TV: Ermənistana səfər edən Fransa prezidenti Nikola Sarkozi Türkiyəni hədələyib.

Lent.az-ın xəbər agentliklərinə (ajansılarına) istinadən verdiyi məlumata görə, Sarkozi Ermənistan prezidenti Serj Sarkisyanla “erməni soyqırımı muzeyini” gəzən zaman Ankaradan “erməni soyqırımını” tanımağı tələb edib.

Sarkozi deyib: “Erməni soyqırımı tarixi faktdır (gərçək). Onun kollektiv şəkildə inkar edilməsi, bir nəfərin onu inkar etməsindən qat-qat pisdir. Türkiyə böyük dövlətdir və öz keçmişinə düzgün baxmağı bacarmalıdır, öz tarixinin işıqlı hissələrinə olduğu kimi, qaranlıq səhifələrinə də düz baxmağı bacarmalıdır. Bunu digər böyük dövlətlər, məsələn, Almaniya da edib. Dövlət öz tarixini etiraf və qəbul edəndə böyük olur. Əks halda, bu o deməkdir ki, o, özünə hörmət etmir”.

Sarkozi bununla kifayətlənməyərək, bir az da qabağa gedib: “Əgər Türkiyə öz tarixi borcunu yerinə yetirsə, biz dayandığımız, durduğumuz yerdə də duracağıq. Əgər Türkiyə bunu etməsə, biz bir qədər də irəli gedib cavab addımları atacağıq. Fransa bu hadisələrin inkar edilməsini cinayət sayan qanun qəbul edə bilər. Bizdə artıq xolokostun inkarının cinayət sayılması ilə bağlı normativ akt (əməl) var”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar