SON XƏBƏRLƏR

Siyamək Mirzayinin yaxalanması ilə bağlı qərar çıxarılıb

2021.10.20, 07:36
Siyamək Mirzayinin yaxalanması ilə bağlı qərar çıxarılıb

Gunaz.tv

GünAz TV: Muğan şəhəri polis idarəsinin başvurusu (dərxast) ilə bu şəhərin Məhkəməsi azərbaycanlı fəal Siyamək Mirzayinin yaxalanması ilə bağlı qərar çıxarıb.

 

Əldə etdiyimiz məlumata görə, sentyabrın 12-də (şəhrivərin 21-də) ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları Siyamək Mirzayinin ata evinə hücum ediblər. Onlar, Siyamək bəy evdə olmadığından onu tutmağa nail olmayıb və evdə axtarış aparıblar. Axtarış nəticəsində azərbaycanlı fəala aid kompüter, kitab və əlyazmalar zəbt olunub.

 

Sentyabrın 18-də (şəhrivərin 27-də) isə Siyamək bəyin ailəsi ETTELAAT tərəfindən duyuru (ixtariyyə) alıb. Bu duyurudan sonra artıq Muğan şəhərinin polis idarəsinin başvurusu ilə bu şəhərin Məhkəməsi onun yaxalanması ilə bağlı qərar çıxarıb.

 

Xatırladaq ki, cənab Mirzayi keçmişdə də milli-mədəni zəmindəki fəaliyyətlərinə görə, dəfələrlə tutuqlanıb və təzyiqlərə məruz qalıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar