SON XƏBƏRLƏR

İranın Daxili İşlər Nazirliyi: “Dövlət idarələrində rəhbər vəzifələrində işləyənlərin katibələri kişi olmalıdır”

2021.10.20, 07:36
İranın Daxili İşlər Nazirliyi: “Dövlət idarələrində rəhbər vəzifələrində işləyənlərin katibələri kişi olmalıdır”

Gunaz.tv

GünazTV: İranın Daxili İşlər Nazirliyi oktyabrın 23-də bəyanat yayaraq, dövlət idarələrində rəhbər vəzifəsində işləyənlərin qadınlardan katibə kimi istifadə etməsinə qadağa qoyduğunu bildirib.

 

Bəyanatda bildirilir ki, ölkənin dövlət idarələrində və hökumətin digər mühüm qurumlarında belə bir qadağanın tətbiq olunmasına “Ölkənin İctimai Şurası” göstəriş verib: “Dövlət idarələrində rəhbər vəzifələrində işləyənlərin katibələri kişi olmalıdır. Belə ki, kişi müdirlər öz katibələrini kişilərdən seçməlidirlər. Bunun əksi də belə olmalıdır. Bundan başqa kişi və qadın işçilərinin iş otaqları bir-birindən ayrı olmalı, qoyulan qadağaya tam riayət olunmalıdır” –deyə bəyanatda bildirilir.

 

Qeyd edək ki, İranda dövlət idarələrində qadın katibələrdən istifadə olunmasına qadağa qoyan “Ölkənin İctimai Şurası” adlı quruma İran prezidenti Həsən Ruhani başçılıq edir və daxili işlər naziri də həmin qurumda onun müavini sayılır. 28 üzvü olan həmin şuraya 16 nəfər hökumət təmsilçisi, 2 deputat, Məhkəmə Sisteminin 2 nümayəndəsi və dini liderin nəzarətində idarə olunan qurumlaran 8 nümayəndə daxildir.

 

 A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar