SON XƏBƏRLƏR

Onlarca Güney Azərbaycan Milli Aktivistinin Türkiyədəki Durumları Bəlirsizlik İçindədir

2021.10.20, 07:36
Onlarca Güney Azərbaycan Milli Aktivistinin Türkiyədəki Durumları Bəlirsizlik İçindədir

Gunaz.tv

Onlarca Güney Azərbaycan Milli Aktivistinin Türkiyədəki Durumları Bəlirsizlik İçindədirGünaztv saytına verilən məlumata görə: İran islam respublikası milli təhlükəsizlik təşkilatının həyati təhdid və təzyiqlərindən ötürü, Türkiyə dövlətində birləşmiş millətlər təşkilatına mültəci statusuyla müraciət edən onlarla Azərbaycan milli aktivistinin durumu, artıq 10 aydan çoxdur ki heç bir cavab almadan bəlirsizliklər içindədir.Qeyd etmək lazımdır ki bu aktivistlər 10 ay əvvəl BMT`yə sığınma tələbiylə müraciət etmələrinə rəğmən tələblərinin qəbul vəyaxud rəddedilmələri haqqda heç bir cavab alabilməyiblər.Türkiyədə, xarici vətəndaşlara işləmək icazəsinin verilməməsi, torpaq pulu ödənməsinin məcburi olması, mültəcilərən bəlirsiz durumları, BMT tərəfindən heç bir mali və səhhiyyə yardımı olmaması və ötə yandan Türkiyədəki günlük keçinmək xərcinin yüksək səviyyədə olması, bu milli aktivistlərimizin yaşamaq imkanlarını çətinləşdirib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar