SON XƏBƏRLƏR

Milli Aktivist Şirzad Hacilu`nun Həyatı Təhlükə Altındadır

2021.10.20, 07:36
Milli Aktivist Şirzad Hacilu`nun Həyatı Təhlükə Altındadır

Gunaz.tv

Milli Aktivist Şirzad Hacilu`nun Həyatı Təhlükə Altındadır Azərbaycanın azadlığı uğruna mübarizədə şəhid düşən İbrahim Cəfərzadə, Mina Kəhrubayi və Ayla Cəfərzadənin dəfn törənində, Xoy şəhərində, tutuqlanan milli aktivist Şirzad Hacilu`nun canı təhlükə altındadır.Xoy`dan, güvənilər qaylaqlardan altığımız məlumata görə İran əmniyyət qüvvələri, bu Azərbaycanlı aktivistin evinə basqın edib ailəsini təhdid edərək onlara qarşı təzyiq və hədələmədə bulunublar. Ayrıca bu güvənilər qaynaqlara görə Şirzad bəy Hacilunun ailə və yandaşlarından istənib ki İbrahim bəy Cəfərzadə su-i qəsdi haqqında susğunluqlarını qorusunlar.Əvrin dərnəyinin əski katibi Şirzad hacilu, keçən həftə ailəsinə həbsxanadan zəng edərək 3.10.2011 tarixinə dək sərbəst buraxılmaması təqdirdə aclıq qrevinə gedəcəyini bildirmişdi. Xoy`dan gələn məlumata əsasən aclıq qrevi və məmurlarının pis davranışı nəticəsində bu milli aktivistimizin canını ciddi təhlükə gözləyir. Habelə alınan xəbərlərə dayanaraq işkəncə səbəbiylə bu aktivist mədə qanaması keçirib və psixolojik böhrana qapılıb.Şirzad Hacilu`nun keçən həftəki avtomobil qəzası səhnəsini faş etməməsi üçün İran əmniyyət qüvvələri vasitəsi ilə təzyiqə məruz qaldığı düşünülür. Şirzad Hacilu hadisədən bir neçə dəqiqə sonra Cəfərzadə ailəsinin başı üstündə hazır olmuşdu və avtomobil qəzası sonrasında hadisə yerinə şahid olub ibrahim bəyin həyatının son anlarında onun yanında olan tək milli aktivistdir.Əlimizdəki məlumata görə Cəfərzadə ailəsinin uğurlu nəticələnən terrorundan sonra, Xoydaki milli aktivistlər ortamındaki vəziyyət gərgin və dövlət tərəfindən basqı altındadır

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar