SON XƏBƏRLƏR

İran komandasının 4 idmançısı Azərbaycanın futzal yığmasında çıxış edəcək

2021.10.20, 07:36
İran komandasının 4 idmançısı Azərbaycanın futzal yığmasında çıxış edəcək

Gunaz.tv

GünAz TV: İdmançıların kasıblıq və ağır iqtisadi vəziyyətdən çıxış yolu olaraq İrandan qaçması davam edir.

 

Bu dəfə İran komandasının 4 idmançısı Azərbaycan Respublikasının futzal üzrə milli yığmasına qoşulmaqla, Azərbaycan vətəndaşlığı əldə edib.

 

Həmin şəxslər İranın milli futzal komandasında da çıxış edən Təbrizin Dəbiri və Savənin Suniç komandalarının sabiq idmançısı Vəhid Şəfii, “Ahura Behbahan” komandasının oyunçusu Əmir Şücai, Şirazın “Ərjən” komandasının idmançısı İshaq Surğali və “Fərşara” komandasının oyunçusu Hadi Əhmədidir. Onlar Azərbaycan Respublikasının vətəndaşı olmaqla, bundan sonra bu ölkənin milli komandasında çıxış edəcəklər.

 

İdmançıların İranın ağır iqtisadi vəziyyətinə görə gəlirlərinin azalması, sponsorların olmaması və bunun nəticəsində də klubların onlarla müqavilə bağlaya bilməməsi fonunda xarici valyutanın məzənnəsinin yüksəlməsi və həyat şəraitinin çətinləşməsi kimi hallardan xilas olmaq üçün bu qərara gəldikləri deyilir. Bundan başqa, son aylar ərzində müxtəlif idman növləri üzrə çıxış edən idmançılar eyni amillərə görə İranı tərk edib, digər ölkələrin vətəndaşlığını qəbul edir və onların komandasında çıxış etməyə başlayıblar.

 

İran media orqanları da tez-tez bu cür xəbərlər dərc edirlər və onlar rəsmiləri ölkədə yaranan ağır vəziyyəti qaydaya salmağın yerinə, idmançıların ölkəni tərk edə bilməmələri üçün sərt qaydalar tətbiq etməyə çağırırlar.

 

Bir müddət əvvəl təbrizli cüdoçu Arəş Ağayi də Azərbaycan milli komandasına qoşulmuşdu. Asiyanın Cavanlar üzrə Cudo Turnirinin bürünc, Dünya İşçilər Çempionatının isə qızıl medal mükafatçısı olan bu türk cüdoçu İran məsullarının etinasızlığı səbəbindən ağır maddi problemlərlə üzləşmiş, buna görə də, bir müddət çörək sexində işləməyə məcbur olmuşdu.

 

Ə.A

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar