SON XƏBƏRLƏR

Əli Xamneyinin Bakıdakı ofisinə hücum olub?

2021.10.20, 07:36
Əli Xamneyinin Bakıdakı ofisinə hücum olub?

Gunaz.tv

GünAz TV: İran mediası bu ölkənin dini rəhbəri Əli Xamneyinin Azərbaycan Respublikasındakı (Cümhuriyyətindəki) nümayəndəliyinə hücum olduğunu iddia edir.

Xatırladaq ki, oktyabrın (October) 3-də “Media forum” saytı İranın  “Asriran” və “Tabnak” saytlarının yaydığı bir xəbəri təqdim etmişdi. Xəbərdə deyilirdi ki, Azərbaycan Respublikasının təhlükəsizlik qüvvələri Azərbaycan Miqrasiya (köç) İdarəsinin əməkdaşı olan polislərlə birlikdə gözlənilməz əməliyyat keçirərək sentyabrın (September) 19-u, 20-si və 21-də İranın Bakıdakı nümayəndəliyinin ofislərindən birinə hücum çəkiblər. Xəbərdə ofisdəki əmlakın dağıdıldığı, bəzi avadanlıqların götürülərək aparıldığı da iddia edilirdi.

“Asriran” və “Tabnak” saytlarının xəbərində “İranın Bakıdakı nümayəndəliyi” deyildikdə söhbətin hansı qurumdan, onun haradakı ofisindən getdiyi açıqlanmamışdı.

“Media forum” saytı xəbər verir ki, oktyabrın (October) 4-də İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst Tehranda mətbuat konfransı keçirib.

Mətbuat konfransında jurnalistlərdən biri ondan Azərbaycan Respublikasının təhlükəsizlik qüvvələrinin İran İslam Respublikasının dini lideri Əli Xamneyinin Bakıdakı ofisinə etdiyi hücuma münasibət bildirməsini istəyib. Yəni jurnalistin sözündən belə çıxıb ki, İranın dini liderinin Bakıdakı ofisinə hücum olub.

 

 Ramin Mehmanpərəst məsələyə diplomatik münasibət bildirib, hər hansı təsdiq və ya təkzibedici fikir söyləməyib. Mehmanpərəst deyib: “Bizim xarici siyasətimizin prinsiplərindən (əsllərindən, ilkələrindən) biri qonşularla əlaqələri genişləndirməkdir. Azərbaycanla da müştərək tarixi, mədəni və dini əsaslara görə dost münasibətlərimiz var. Ortaya çıxan mümkün problemləri hər iki ölkənin rəsmiləri araşdırır. Biz qonşu ölkələrlə yaxşı əlaqələrimizə xələl gətirilməsinə icazə verməyəcəyik. Əgər bəzi şəxslər hər iki ölkənin münasibətlərinin dərinləşməsinə problem yaratsa, Xarici İşlər Nazirliyi məsələni araşdıracaq. Biz çalışırıq ki, bu məsələlər əsaslı şəkildə həllini tapsın”.

 

 Bundan sonra jurnalist soruşub: “Siz belə bir hadisənin baş verdiyini təsdiq edirsinizmi?” Ramin Mehmanpərəstin bu suala cavabı belə olub: “Bizim ölkənin başqa ölkələrdəki ofislərinin işində problemlər yarana bilər. Belə problemlər müxtəlif ölkələrin yaratdığı nümayəndəliklərin ofislərində də meydana gələ bilər. Bunu isə rəsmilər araşdırmalıdır”.

 

 Oktyabrın 3-də “Media forum” saytı “Asriran” və “Tabnak” saytlarının xəbəri ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayevə müraciət etmişdi. Arif Babayev bildirmişdi ki, MTN-də (Milli Təhlükəsizlik Nazirliyində) bununla bağlı heç bir məlumat yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar