SON XƏBƏRLƏR

Hillari Klinton: “Qətnaməyə veto qoymuş ölkələr Suriya xalqını başa salmalı olacaq”

2021.10.20, 07:36
Hillari Klinton: “Qətnaməyə veto qoymuş ölkələr Suriya xalqını başa salmalı olacaq”

Gunaz.tv

GünAz TV: Rusiya və Çin ümidlərini aldatdıqları Suriya xalqını başa salmalı olacaqlar.

 

Belə bir bəyanatla ABŞ (Amerika Birləşmiş Ştatları) Dövlət katibi Hillari Klinton çıxış edib.  Bu barədə RBK xəbər yayıb.

 

Onun sözlərinə görə, Rusiya və Çinin veto qoyduqları qətnamə dünya birliyinin Suriya sakinlərinə göstərə biləcəyi minimal yardım idi.

 

“Qətnaməyə veto qoymuş ölkələr azadlıq uğrunda mübarizə aparan suriyalılara, həmçinin bütün dünyada insan hüquqları müdafiəçilərinə cavab verməli olacaqlar” – deyə, Dövlət katibi hesab edir. 

 

H.Klintonun rəyinə görə, bu halda BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurası öz vəzifəsinin öhdəsindən gələ bilməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar