SON XƏBƏRLƏR

Saleh Kamrani: “İranın Azərbaycanla bağlı təxribatçı əməlləri nəticə verməyəcək”

2021.10.20, 07:36
Saleh Kamrani: “İranın Azərbaycanla bağlı təxribatçı əməlləri nəticə verməyəcək”

Gunaz.tv

GünAz TV: “İranın əsas məqsədi Azərbaycanı təxribata çəkməkdir”

Bu sözləri Gün.Az-a GüneyAzərbaycanlı hüquq müdafiəçisi Saleh Kamrani İran mediası bu ölkənin dini rəhbəri Ayətullah Əli Xameneinin Azərbaycan Respublikasındakı (Cümhuriyyətindəki) nümayəndəliyinə hücum olduğunu iddia etməsi ilə bağlı xəbəri şərh edərkən bildirib.

“İran müxtəlif vasitələrlə Azərbaycan daxili işlərinə qarışmağı özünün xarici siyasətinin əsas prioriteti (öncəlik) hesab edir. Xüsusilə, bu təxribatı İran mediasının əli ilə həyata keçirmək istəyirlər. Əsas məqsəd isə Azərbaycanda vəziyyəti gərginləşdirməkdir”, - deyə, Saleh Kamrani qeyd etdi.

Saleh Kamrani İranın bu üsulla Azərbaycana təsir edə bilməyəcəyini vurğuladı.

“İran Azərbaycanın kifayət qədər güclü və ölkəsində vəziyyəti nəzarət etməyi bacaran dövlət olduğunu bilməlidir. Onu da bildirim ki, İranın Azərbaycanla bağlı təxribatçı əməlləri elə onun özünə qayıdıb dəyəcək”, - deyə, Saleh Kamrani bildirdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar