SON XƏBƏRLƏR

Çin və Rusiya Əsəd rejimini müdafiə etdilər

2021.10.20, 07:36
Çin və Rusiya Əsəd rejimini müdafiə etdilər

Gunaz.tv

GünAz TV: BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurası Suriyaya qarşı qətnamə qəbul edə bilmədi.

 

Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında keçirilən səsvermədə Suriya ilə bağlı qətnamənin qəbuluna veto qoyublar.

 

GünAz TV mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə, səsverməyə çıxarılan qətnamə Suriyada yaxın bir ay ərzində zorakılıqlara son qoyulmayacağı təqdirdə bu ölkəyə qarşı sanksiyaların (təhrimlərin) tətbiqini nəzərdə tutur. Qətnamənin müəllifi Avropa ölkələridir.

 

Xatırladaq ki, bundan əvvəl Rusiya və Çin 2008-ci ilin iyulunda (July) Zimbabve prezidenti Robert Muqabeyə qarşı sanksiya tətbiqinə veto qoyublar. Suriyada bu ilin martından prezident Bəşər Əsədin istefası və ölkədə siyasi islahatlar keçirilməsi tələbi ilə aksiyalar başlayıb. Hüquq-müdafiə təşkilatlarının hesablamalarına görə, aksiyaların zorakılıqla yatırılması nəticəsində ölənlərin sayı 2700 nəfərə çatıb. Suriya hökuməti isə aksiya iştirakçılarını terrorçu kimi qələmə verərək 700-dək polis və hərbçinin terror qurbanı olduğunu bildirir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar