SON XƏBƏRLƏR

İran Türkiyəni tənqid edir

2021.10.20, 07:36
İran Türkiyəni tənqid edir

Gunaz.tv

GünAz TV: İran prezidenti Mahmud Əhmədinejad Türkiyəni öz ərazisində ABŞ (Amerika Birləşmiş Ştatları) radarının yerləşdirilməsinə icazə verdiyi üçün tənqid edib.

 

“Bu radar sionist rejiminin müdafiəsi üçün qurulur. Bizə qarşı müharibə təqdirində İsrailə İran raketlərinin işğal olunmuş ərazilərə çatmayacağına dair zəmanət tələb olunur”, - deyib Mahmud Əhmədinejad.

 

Onun sözlərinə görə Türkiyə bu qərarı qəbul edərək “ səhvə ” yol verib.

 

NATO İrandan gələn təhlükənin qarşısını almaq üçün Türkiyə ilə Avropada havadan vahid müdafiə sisteminin qurulacağını 2010-cu ildəki Lissabon sammitində (zirvə görüş) elan edib.

 

Bu vahid sistemin tərkib hissəsi olacaq Malatya şəhərindəki radar stansiyasının (istqah-i radar) işə salınması bu ilin sonunadək başa çatmalıdır. BBC

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar