SON XƏBƏRLƏR

İranda maliyyə qalmaqalı getdikcə böyüyür

2021.10.20, 07:36
İranda maliyyə qalmaqalı getdikcə böyüyür

Gunaz.tv

GünAz TV: İran parlamentinin 11 millət vəkili spikerə (parlament sədri) məktub yazaraq prezidenti, eləcə də Mərkəzi Bankın rəhbəri və bir sıra digər hakimiyyət yetkililərini qanunun 233-cü maddəsinə zidd əməllər törətməkdə günahlandırıblar.

Millət vəkilləri öz məktubunda bildiriblər ki, bankların maliyyə firildaqları  xalqın etimadına və bank sisteminin etibarına ciddi xələl gətiribdir.

Qeyd edək ki, baş prokuror (dadistan-i koll) Mohsen Ejei bildirib ki, 3 milyard dollar yeyinti ilə bağlı daha 15 nəfər məhkəməyə çağrılıbdır. Bununla da, indiyə qədər bu məsələ ilə bağlı şübhəlilərin sayı 22 nəfərə çatıbdır. Artıq onların bir çoxu saxlanılıb.

İranın ali dini rəhbəri ayətullah Əli Xamenei də son hadisələrlə bağlı bəyan edib ki, sözügedən qalmaqaldan faydalanmağa çalışan qüvvələrin olduğundan bu məsələdə hay-küy salmaq məsləhət deyil. O, bildirib ki, mətbuat bu hadisəni çox hay–küyə salmamalıdır və yetkililər ağıla və diqqətlə bu məsələnin müxtəlif fəsadlarını araşdırmalıdırlar. Ali dini rəhbər  qeyd edıb ki, bir qrup bu məsələdən istifadə edərək ölkə yetkililərini ittiham etməyə çalışır, amma həm parlament, həm də icra strukturu (saxtar, yapısal) və məhkəmələr bu məsələ ilə bağlı əllərindən gələn işləri görməyə çalışırlar.

Digər tərəfdən yoxlama palatasının (otaq-i bazrəsi) rəhbəri Mustafa Purməhəmmədi bildirib ki, onun başçılıq etdiyi qurumda iqtisadi fırıldaqçılıqla bağlı bir çox iş mövcuddur. Lakin onların bir çoxu ‘məsləhətə uyğun olmadığından’ açıqlanmayıbdır. O, bildirib ki, rəsmilər bu qurumun xəbərdarlıqlarına diqqət etmədiyindən ölkədə iqtisadiyyat və xüsusi ilə bank sistemində korrupsiya (fəsade mali) və yeyinti halları baş verir. Araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar