SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanı da qarışdı

2021.10.20, 07:36
Səudiyyə Ərəbistanı da qarışdı

Gunaz.tv

GünAz TV: Səudiyyə Ərəbistanının şərqində yaşayan şiə azlıq etiraz aksiyalarına (yürüşlərə) başlayıb.

Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, liman şəhəri Katifdə aksiya (yürüş) iştirakçıları və polis arasında baş verən toqquşma zamanı 14 nəfər yaralanıb.

Səudiyyə Ərəbistanının rəsmi SPA agentliyinə (ajansına) açıqlama verən Daxili İşlər Nazirliyinin təmsilçisi deyib ki, Katif şəhəri yaxınlığında motosikletlə hərəkət edən bir qrup qiyamçı butulkalarda (botrilərdə) yandırıcı maddələr atıblar. O, bir xarici dövlətin ölkədə vəziyyəti qarışdırmağa çalışdığını söyləyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı adətən regionda (bölgədə) ən böyük şiə dövləti olan İranı daim ölkədə vəziyyəti qarışdırmağa çalışmaqda günahlandırır və bu dəfə də xarici dövlət dedikdə, məhz İranın nəzərdə tutulduğu bəllidir. Bu ilin martında da Katif şəhərində hökumət əleyhinə aksiyalar keçirilib və polis həmin aksiyaları atəş açmaqla dağıdıb. Aksiyaçılar şiə siyasi məhbusların azadlığa buraxılmasını tələb ediblər.

Səudiyyə Ərəbistanında əhalinin 90 faizi sünni, 10 faizi şiədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar