SON XƏBƏRLƏR

İranda mühafizəkarlar arasında parçalanma yaranır

2021.10.20, 07:36
İranda mühafizəkarlar arasında parçalanma yaranır

Gunaz.tv

GünAz TV: İranda parlament seçkilərinə 6 aydan az bir vaxt qalır. Müxtəlif qruplar seçkilərdə iştirak üçün öz namizədlərini müəyyənləşdirirlər.

 

İslahatçılar bu seçkilərə hələ ki, qatılmaq niyyətində olmadıqlarını açıqlayıblar. Mühafizəkarlar isə vahid siyahı təqdim etməkdə çətinlik çəkirlər. “Mühafizəkarların Birlik Komitəsinin” üzvlərindən Rza Təqəvi isə bildirib ki, “Cebheyi Paydari” ayrı bir siyahi tərtib edəcəkdir. Qeyd edək ki, “Mühafizəkarların Birlik Komitəsi” bir neçə ay bundan əvvəl ayətullah Yəzdinin dəvəti ilə yaranmışdı və onun məqsədi parlament seçkilərində vahid namizədlərin siyahısını irəli sürməkdir.

 

Təqəvi “Mühəndislər Birliyi Təşkilatının” iclasında “Cebheyi Paydarini” tənqid edərək bildirib ki, Əhmədinejadın keçmiş yaxınları olan “Cebheyi Paydarınin” üzvləri “yolunu azan” qrupu tənqid etsələr də, onların namizədlər siyahısında bu qrupun üzvlərinin adları vardır. Qeyd edək ki, İranda “yolunu azan” kimi xarakterizə edilən qrup deyildikdə, Əhmədinejadın və İsfəndiyar Rəhimi Məşayinin yaxınları nəzərdə tutulur. Təqəvi bildirib ki, “Cebheyi Paydarı” “yolunu azan” qrupun puluna ehtiyacları olduğundan belə adım atmaq məcburiyyətindədir.

 

Xatırladaq ki, Əhmədinejadın müxalifləri olan mühafizəkarlar “Cebheyi Paydarini” də Əhmədinejad və Məşayiyə yaxın hesab edirlər. Onlar bildirlər ki, bu qrupun üzvləri taktika olaraq “yolunu azan” qrupun üzvlərini tənqid edirlər, amma əslində onların hər ikisi eyni cərəyanın üzvləridirlər. “Cebheyi Paydarini” üzvləri Əhmədinejada yaxın olan və son illərdə hakimiyyətdən uzaqlaşdırılan kadrlardan ibarət olan şəxslərdirlər. Bundan əvvəl tanınmış mühafizəkar və keçmiş spiker (parlament sədri) Qulaməli Həddad Adel bildirmişdir ki, ali dini rəhbər ayətullah Əli Xamenei mühafizəkarların vahid siyahı verməsinin tərəfdarıdır. Amma görünən odur ki, mühafizəkarların parlament seçkilərində vahid siyahı ilə çıxış etməsi o qədərdə asan olmayacaqdır. Araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar