SON XƏBƏRLƏR

İran zindanların sayını artırır

2021.10.20, 07:36
İran zindanların sayını artırır

Gunaz.tv

GünAz TV: İran Zindanlar Təşkilatının rəisi Qulamhüseyn İsmaili ölkədə narkotik (müxəddir) maddələrin satışı və qaçaqmalçılığında günahlandırılaraq tutulan məhbusların saxlanması üçün daha 5 yeni həbsxananın istifadəyə veriləcəyini bildirib.

 

GünAz TV mətbuat mərkəzinin “Media forum”a istinadən yaydığı məlumata görə, oktyabrın 3-də jurnalistlərlə görüşən Qulamhüseyn İsmaili deyib ki, tikintisi yekunlaşmaq üzrə olan yeni zindanlar 2012-ci ilin aprel ayından istifadəyə veriləcək: “Narkotik maddələrin satışı və qaçaqmalçılığında günahlandırılaraq tutulan şəxslərin çoxluğunu və mövcud zindanların məhdud tutumunu nəzərə alaraq bu kimi məhbusların saxlanması üçün 5 yeni həbsxana tikilir. Yeni zindanlar Tehran, Xorasani Rəzəvi, Sistan-Bəlucistan, Kirman və İsfahan əyalətlərində olacaq”.

 

Qulamhüseyn İsmaili bu ilin mart ayında jurnalistlərə açıqlamasında gələn 3 ildə ölkənin müxtəlif əyalətlərində 47 yeni zindanın tikilərək istifadəyə veriləcəyini bildirmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar