SON XƏBƏRLƏR

Milli-mədəni fəallar ETTELAAT-dan Təbrizin mərkəzi zindanına köçürülüblər

2021.10.20, 07:36
Milli-mədəni fəallar ETTELAAT-dan Təbrizin mərkəzi zindanına köçürülüblər

Gunaz.tv

GünAz TV: 5 nəfər azərbaycanlı milli-mədəni fəal ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsində bir neçə gün sorğu-suala tutulduqdan sonra Təbrizin mərkəzi zindanın köçürülüblər.

 

İranda insan haqları fəalları qurumunun xəbər orqanının məlumatına görə, Şəhram Dadaşı, Məsud Bayrami, Rza Xacei, Rəhim Əlirzayi, Əkbər Mühaciri və Mehdi “...” sentyabrın 27-də (mehrin 5-də) tutuqlanıblar. Tutulduqdan sonra, onların evlərində axtarış aparılıb və bir sıra şəxsi əşyaları zəbt edilib.

 

Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəallar iftar mərasimi zamanı tutuqlanan milli-mədəni fəallarla bağlı afişa (puster) yaydıqlarına görə tutuqlanıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar