SON XƏBƏRLƏR

Səid Nəiminin vəkilinin tələbi rədd edildi

2021.10.20, 07:36
Səid Nəiminin vəkilinin tələbi rədd edildi

Gunaz.tv

GünAz TV: Təbriz prokurorluğu (dadsəra) azərbaycanlı məhbus Səid bəy Nəiminin vəkili cənab Məhəmmədrza Fəqihinin tələbini rədd edib.

 

Məlumata görə, Məhəmmədrza Fəqihi, azərbaycanlı fəal Səid Nəiminin həsb qərarının vəsiqə qərarı ilə əvəz edilməsi tələbi ilə prokurorluğa müracit edib. Ancaq bu tələb dosyenin “təhlükəsizlik dosyesi” olduğu iddiasına görə qəbul ediməyib.

 

Dosyenin müstətinqi isə bildirib ki, Nəimi noyabrın 22-də (azərin 1-də) mühakimə olunacaq və məhbus bu müddətdə azad edilməyəcək.

 

Qeyd edək ki, cənab Nəimi keçən ayında ortalarından Təbriz zindanında həbsdədir. O, buna qədər Təbrizin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) təcridxanasıında saxlanılırdı.

 

Xatırladaq ki, Səid Nəimi may ayının 8-də (ordibeheşt ayının 18-də) ETTELAAT məmurları tərəfindən tutuqlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar