SON XƏBƏRLƏR

Həsən Kərimzadə və Nəsrullah Vəlizadə azadlığa buraxılıblar

2021.10.20, 07:36
Həsən Kərimzadə və Nəsrullah Vəlizadə azadlığa buraxılıblar

Gunaz.tv

GünAz TV: Dünən (oktyabrın 4-ü , mehrin 12-i) Ərdəbil zindanından azərbaycanlı fəallar Həsən Kərimzadə və Nəsrullah Vəlizadə mülki vəsiqə qarşılığında azadlığa buraxılıblar.

 

Əldə etdiyimiz məlumata görə, Həsən Kərimzadə təxminən 10000 dollarlıq (10 milyon tümənlik) mülki vəsiqə qarşılığında sərbəst edilib. Nəsrullah Vəlizadənin qarşılığında sərbəst buraxıldığı vəsiqə barədə isə hələlik məlumat yoxdur.

 

Daha bir xəbərə görə, dünən hakim Əlayi Əsgər Əkbərzadə barəsində təxminən 70000 dollarlıq (70 milyon tümənlik) mülki vəsiqə təyin edildiyini bildirib. O, bundan öncə cənab Əkbərzadənin Tehran ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) təcridxanasına intiqal edildiyi xəbərinidə bildirmişdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar