SON XƏBƏRLƏR

Müsavat məclisindən İran hakimiyyətinə Çağırış

2021.10.20, 07:36
Müsavat məclisindən İran hakimiyyətinə Çağırış

Gunaz.tv

GünAz TV: Müsavat Partiyası Məclisi son aylar İran dövlətinin Güney Azərbaycanda dünyanın 2-ci ən böyük duzlu gölü sayılan Urmu gölünü qurutma siyasətinə etiraz edən soydaşlarımıza qarşı təzyiqlərinə etiraz bəyanatı qəbul edib.

 

Bəyanatda bildirilir ki, ərazisi 5 700 km2, su həcmi 30 milyard m3 olan Urmu gölü çayların axınının qarşısının alınması və bəndlərin tikilməsi nəticəsində quruyur: “Güney Azərbaycanın müxtəlif şəhərlərində, Urmiyədə, Təbrizdə, Zəncanda və başqa böyük şəhərlərdə 10 minlərlə soydaşımız İran hakimiyyətinin bu antimilli siyasətinə qarşı kütləvi aksiyalar, yürüşlər, mitinqlər davam etməkdədir.

 

Yüzlərlə dinc aksiya iştirakçıları həbs olunaraq İran həbsxanalarında işgəncələrə məruz qalıblar. Milli fəallar İran təhlükəsizlik orqanları tərəfindən izlənilir, təqib edilir, evləri və yaşadıqları mənzillər nəzarətdə saxlanılır. Müsavat Partiyasının Məclisi Urmu gölünün qurudulmasına qarşı Azərbaycan milli hərəkat fəallarının çağırışlarını tam dəstəkləyir, həbsdə olan bütün milli fəalların qeyd-şərtsiz və təcili azad edilməsini, işgəncələrə son qoyulmasını İran hakimiyyət orqanlarından tələb edir”. Yeni müsavat

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar