SON XƏBƏRLƏR

Ermənistan Türkiyə idmançılarına (vərzişkarlarına) viza vermədi

2021.10.20, 07:36
Ermənistan Türkiyə idmançılarına (vərzişkarlarına) viza vermədi

Gunaz.tv

GünAz TV: Türkiyə XİN-in (xarici işlər nazirliyinin) müdaxiləsi ilə problem aradan qalxıb. Ancaq Oktyabrın (October) 3-də axşam saatlarında Ermənistana keçən Türkiyə idmançıları (vərzişkarları) çempionat (qəhrəmani) hazırlıqlarına çatmayıblar.

 

GünAz TV mətbuatb mərkəzinin İTV-yə istinadən yaydığı məlumata görə, Eşitmə problemlilərin Avropa Çempionatında (qəhrəmani) iştirak üçün Gürcüstan üzərindən quru yolu ilə İrəvana getmək istəyən Türkiyə idmançılarına Ermənistan tərəfi 2 gündür viza vermir.

Türkiyənin 40 nəfərlik  nümayəndə heyəti bu səbəbdən 2 gündür ki, Ermənistana keçə bilmirdi. Problem Türkiyə Xarici İşlər Nazirliyinin məsələyə müdaxiləsindən sonra çözülüb.

 

Oktyabrın (October) 3-də axşam saatlarında Ermənistana keçən Türkiyə idmançıları çempionat hazırlıqlarına çatmayıb. Bu səbəbdən onlar üçün özəl hazırlıq olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar