SON XƏBƏRLƏR

İranda Bank oğurluğu ilə bağlı daha 15 nəfər nəzarət altına alınıb

2021.10.20, 07:36
İranda Bank oğurluğu ilə bağlı daha 15 nəfər nəzarət altına alınıb

Gunaz.tv

GünAz TV: Oktyabrın (October) 3-də dövlət televiziyasında danışan İranın baş prokuroru (dadistan-i koll) Qulamhüseyn Möhsüni Ejei ölkənin bank tarixindəki ən böyük oğurluqla bağlı daha 15 nəfərin nəzarət altına alındığını, ifadə vermək üçün prokurorluğa çağırıldığını bildirib.

 

 GünAz TV mətbuat mərkəzinin “Media forum”a istinadən yaydığı məlumata görə, Möhsüni Ejei deyib ki, bank oğurluğu ilə bağlı hazırda 22 nəfər həbsə salınıb: “Daha 15 nəfərin oğurluqda təqsirli bilindiyi aşkarlanıb və onlar ifadə vermək üçün prokurorluğa çağırılıb. Mən gündə 4-5 saat bu iş üstündə çalışıram. Bir şey də var ki, qüdrət sahibi olan bəziləri həmin şəxslərə dəstək verib, öz nüfuzlarından istifadə edərək onların banklardan kredit (vam) almasına, pul köçürülməsinə şərait yaradıblar. Hazırda bunların hamısı araşdırılır”.

 

 2007-ci ildən başlayaraq ardıcıl şəkildə davam etmiş oğurluq nəticəsində ölkənin hökumət bankları sayılan “Saderat” bankından, İran Milli Bankından və daha bir neçə bankdan 3 milyard dollar mənimsənib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar