SON XƏBƏRLƏR

İstanbulda 80 terrorçu yaxalanıb

2021.10.20, 07:36
İstanbulda 80 terrorçu yaxalanıb

Gunaz.tv

GünAz TV: PKK terror təşkilatının İstanbuldakı şəbəkəsi çökdürüldü.

 

Bu gün səhər saatlarında polis İstanbulun bir çox rayonlarında (məntəqə, məhəllə) PKK terror təşkilatının şəhər şəbəkəsi sayılan KCK-ya qarşı əməliyyat keçirib.

 

 Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, KCK-nın İstanbul üzrə əsas şəxsi sayılan M.K. da daxil olmaqla, 80-a yaxın insan saxlanılıb.

 

Şəhərin bir çox yerində axtarışlar hələ də davam edir. Saxlanılanlardan Barış və Demokrat Partiyasının Sancaktepe rayon təşkilatının sədri Çiçək Arıç Haseki Təhsil və Araşdırma Xəstəxanasına gətirilərək sağlıq nəzarətindən keçirilib, daha sonra da İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinə aparılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar