SON XƏBƏRLƏR

Tanınnış ziyalı xanım Fəranək Fəridin tutulanmasına etiraz Bəyanatı...

2021.10.20, 07:36
Tanınnış ziyalı xanım Fəranək Fəridin tutulanmasına etiraz Bəyanatı...

Gunaz.tv

GünAz TV:  Bir qrup azərbaycanlı ictimai-mədəni fəal və xanım Fəranək Fəridi dəstəkləyən insanlar, onun tutuqlanması barəd etiraz Bəyanatı yayıblar.

 

Bəyanatda qısaca bildirilir ki, “Sentyabrın 3-ü (şəhrivərin 12-i) Təbrizdə Urmu Gölünün qurudulması siyasətinə qarşı kütləvi Etiraz Yürüşü gedərkən tutuqlanan tanınmış yazar, mütərcim, şair və qadın haqları fəalı xanım Fəranək Fərid azərbaycanlı qadınların mədəni-ictimai məhrumiyyətlərini öz qələmi və kəlamı ilə hər kəsin diqqətinə çatdıran ziyalılardan biridir. O, bütün azərbaycanlılar arasında yüksək nüfuza və hörmətə malikdir.

 

Xanım Fəranək Fərid uzun illər fəaliyyətdən sonra hazırda həbsdədir. O, döyülərək yaxalanıb və ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) təcridxanasında ən adi insanı haqlardan məhrumdur.

 

Biz xanım Fəranək Fəridin tutuqlanması və işgəncə edilməsini məhkum edərək, onun qeyd-şərtsiz azadlığını tələb edirik.”

 

Qeyd edək ki, bu Bəyanatı 653 nəfər imzalayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar