İranda bank sistemində geniş nasazlıq yaranıb
İran Prezidenti Pakistana getdi
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib
Vaşinqton-Tehran razılaşması insan haqlarının pozulması bahasına olmamalıdır- Sato
Milli fəalla bağlı yeni cəza hökmü çıxarıldı
Netanyahu: İranla qarşıdurma hələ bitməyib
ABŞ Konqresində azərbaycanlıların Ermənistanda etnik təmizləməyə məruz qalmasına dair konfrans keçiriləcək
Urmu gölünün son vəziyyəti
İranda məhbuslar yenidən aclıq aksiyasına başladılar
Təbrizin Həsən Padşah meydanı hələ də xarabalıq vəziyyətində qalmaqdadır
Tehranda çörəyin qiyməti 100% bahalaşıb
İsrail ordusu Livanın cənubunda İran tərəfindən maliyyələşdirilmiş və layihələndirilmiş tunel aşkar edib
İranda İsrailə görə həbs edilənlərin sayı açıqlandı
İranda daha iki vəkilə ağır həbs cəzası verildi
Mühafizəkar media orqanı Xameneinin ABŞ ilə danışıqlarla bağlı mesajının yalnış təqdim edildiyini deyir - Xamenei danışıqlara qarşıdırmı?
FT: ABŞ-İran arasında qismən razılaşma belə qlobal ticarətdə normallaşmaya kömək edə bilər
Tramp: İranın nüvə silahını inkişaf etdirməsinin qarşısını almaq dünya böhranından daha vacibdir
İran ABŞ ilə danışıqlara paralel olaraq hərbi gücünü artırmağa çalışır
Tramp İranın dəniz blokadasının hava hücumlarından daha effektiv olduğunu bildirib
Tramp ABŞ-ın NATO-ya ildə 600 milyard dollar xərcləməsini dəlilik adlandırıb
İran-ABŞ danışıqlarından sonra dörd işçi qrupu yaradılıb
“Ford” və “General Motors” şirkətləri “Patriot” və “Tomahawk” raketlərinin istehsalına başlaya bilər
ABŞ Hörmüz boğazından tədarükün böhrandan əvvəlki səviyyəyə qayıtdığını açıqlayıb
Fransa İrana qarşı sanksiyaların ləğvini dəstəkləməyəcək
ABŞ dövlət katibi Körfəz ölkələrinə səfər edəcək
Ceyhun Bayramov türkmənistanlı həmkarı ilə iki ölkə arasındakı mövcud vəziyyəti müzakirə edib
Netanyahu İsrailin lazım olduğu müddətcə güney Livanda qalacağını bildirib
İranda 15 məhbus edam edildi
Vens: Dondurulmuş İran aktivləri açılarsa, vəsait terrora deyil, iranlılara xidmət etməlidir
ABŞ BAEA müfəttişlərinin bu həftə İranda işə başlaya biləcəklərini gözləyir
Zəncanda müharibə və etirazlara görə 1000 nəfərə cinayət işi açılıb
Sərt xətt tərəfdarı olan redaktor İran danışıqlar qrupunu Trampı alçaltmaq üçün danışıqları tərk etməyə çağırıb
Xamənei ilə İraqda da vida mərasimi keçiriləcək
Numan Kurtulmuş Azərbaycana səfər edəcək
Təbrizdə çörək bahalaşdı
Azərbaycan və Qırğızıstan hərbçiləri əməliyyatların planlaşdırılmasını müzakirə edib
Bu gündən İsveçrədə ABŞ-İran ekspert qruplarının danışıqları başlayır
Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Təbrizdə girov götürmə hadisəsi baş verib
Təbrizdə elektrik çatışmazlığı- İstehsalat müəssisələri iflic olur
Makron: Trampın Rusiya-Ukrayna münaqişəsi ilə bağlı mövqeyi dəyişib
Bəqai: ABŞ ilə danışıqlarda İranın aktivlərinin sərbəst buraxılması ilə bağlı irəliləyiş əldə olunub
Sərt xətt tərəfdarları rejimyönlü küçə toplantıları ilə bağlı hökumət hesabatını tənqid edib
GünAz TV: Xristianlığı (məsihi) qəbul etmiş keçmiş müsəlman, keşiş Yusif Nadirxaninin məhkəməsi davam edir.Ötən gün İranın Qərbində, Gilan əyalətində keçirilən məhkəmə prosesi (sürəci) zamanı ona qarşı yeni ittiham irləi sürülüb.
«France Press»-in məlumatına əsasən, əyalət başçısının müavini Qulamrza Rizvani bildirib ki, nadirxani «satqın və sionist casusdur,onun fəaliyyəti İslam Respublikasının (Cümhuriyyətinin) dövlət təhlükəsizliyinə təhlükə yaradıb». «Dinin dəyişməyə görə, edam edilmir, odur ki, bu məsələnin önəmi yoxdur»-deyə, müavin bəyan edib.
Gilan əyalətində dövlət təhlükəsizliyi məsələsinə nəzarət edən, Rizvaninin bəyanatı, Y.Nadirxaninin «işi» ilə bağlı hakimiyyət təmsilçisinin ilk belə şərhidir.
Agentliyin (ajansı) məlumatına əsasən, vəkilləri bildirib ki, məhkəmə zalında müştərilərinə qarşı «vətən xaini və casus ittihamı» irəli sürləməyib.
Q.Rizvani keşişi «zorlama, güc tətbiq etməklə insanlardan pul qopartmaq»da suçlandığını söyləyib.
«Fox News»-un xəbərində isə bildirilib ki, Y.Nadrixaninin ittihamnamsində bunlardan bəhs edilmir.
Barəsində edam hökmü çıxarılmış keşiş Yusif Nadirxani yenidən «müsəlman olmaqdan» imtina edib.
Bu haqda «Christian Solidarity Worldwide» («Dünya xristian həmrəyli») məlumat yayıb.
İran Ali Məhkəməsi bu hökmü Y.Nadirxani yenidən müsəlman olacağı halda ləğv edəcəyini bildirmişdi.
Xatırladaq ki, 2009-cu ilin oktyarbrında (October) İran İnqilab Məhkəməsinin Rəştdəki şöbəsi 33 yaşlı protestant təriqətli keşiş Yusif Nadirxaniyə ölüm hökmü çıxarmışdı. O, «mürtədlikdə» və «müsəlmanlar arasında xristianlağı təbliğdə» suçlandırılırdı.
İranın ali məhkəməsi bu hökmü ləğv etmişdi. Məhkumun vəkili Məhəmmədəli Dadxah demişdi: «Müttəhim hərəkətlərinə, dinini dəyişdiyinə görə tövbəyə çağrılıb. Yenidən baxılması üçün iş geriyə, sakini olduğu şəhərə, Rəştə göndərilib». Başqa sözlə, o, etdiyi «cinayətə» görə, tövbə edərsə, barəsində qaldırılmış iş ləğv oluna bilər.
Hazırda Yusif Nadirxaninin 33 yaşı var. O, 19 yaşındaikən islamdan xristanlığa keçib. Bundan sonra hazırda «İran kilsəsi» adlanan yevangeliya icmasının keşişi olub. Y.Nadirxaninin xanımı Fatimə Pəsəndidə də xristianlığı qəbul etdiyi üçün barəsində də ilkin olaraq, ömürlük həbs cəzası çıxarılmışdı. Ötəni ilin oktyabarında Appeliyasi məhkəməsinin qərarından sonra o, sərbəst buraxılıb. Onların iki az yaşlı övladı var.
Ötən həftə Avropa Birliyinin xarici işlər naziri Ketrin Eşton edam ərəfəsində olan gənc iranlı keşiş Yusif Nadirxaninin ölüm hökmünün ləğvini tələb edib. ABŞ (Amerika Birləşmiş Ştatları) hökuməti və Böyük Britaniyanın xarici işlər naziri də yaydıqları ayrı-ayrı bəyanatlarda İran hakimiyyətindən bir uşaq atası olan keşişin ölüm hökmünün ləğvini, azadlığa buraxılmasını tələb ediblər.
Polşanın xarici işlər nazirinini müavini Yeji Pomyanovksi Tehranın Varşavadakı səfirliyinə oxşar nota təqdim edib.
Baş verənlərdən göründüyü kimi iki il öncə Y. Nadirxaniyə qarşı «vətən xaini, casus ittihamı» irəli sürülmürdü. Hətta islamı yenidən qəbul edəcəyi halda onun edam hökmünün də ləğv olunacağı İran rəsmiləri tərəfindən bildirilirdi.
Görünür, «casus» biznesi Tehran hakimiyyətinin xoşuna gəlib. Axı, İran məhkəməsi «casusluqda» ittiham etdiyi 3 amerikalının ölkəsinə təhvil verilməsi qarşılığında 1,5, milyon dollar qazanmışdı. Bu baxımdan Y.Nadirxani barəsində də hökmü ləğv emək üçün istənilən Avropa ölkəsi, hətta ABş belə pul ödəyərsə, onun da sərbst buraxılacağını ehtimal etmək olar.
Demokratik olduğunu iddia edən, İran rejiminin insan haqlarını pozması faktları bununla bitmir. Hər gün elə xəbərlər yayılır ki, bu ölkə vətəndaşlarının dözülməz bir zülmlə üzləşdiklərini təsəvvür etmək belə çətindir.
Ötən gün iki gənc bloqqer, 28 yaşlı Nahal xanım Səhabi və onun 22 yaşlı oğlan dostu Behnam Gəncini hüquq müdafiəçiləri ilə əlaqə saxladıqları üçün hakimiyyət həbs etmişdi.
İngiltərədə çıxan «The Daily Mail» qəzetinin yazdığına əsasən, 4 həftə əvvəl onlar birlikdə intihar edib.
Qəzetin yazdığına əsasən, paytaxt universitetlərindən birinin tələbəsi olan B.Gənci yuxarıda qeyd etdiyimiz ittiham görə, Tehranın «Evin» adlı məşhur zindanında 8 gün, onun rəfiqəsi isə orada 3 gün saxlanılıb. Həsbdən buraxıldıqdan sonra onların hər ikisini ölü halda tapıblar.
Məlumata görə, B.Gənci 26 yaşlı Kuhayar Qudarzi ilə birlikdə ev icarəyə götürübmüş. Reportyorların (quzarişgərlərin) hüquqlarını müdafiə komitəsinin üzvü K.Qudarzi 2009-cu ildə İranda keçirilən etiraz aksiyalarında (yürüşlərində) iştirak etdiyi üçün həbs olunub. O, həbsdən çıxdıqdan sonra da möcvud hakimiyyətə qarşı mübarizəsini davam etdirib,universitetdən qovulub, uyğun qurumlar onun axtırlıdığını elan edib.
Bu ilin iyulunda (July) İran xüsui xidmət orqanları Gəncinin yaşadığı həmin evə basqın edərək, K.Qudarzi ilə onu tutub. Bunun ardınca N.Səhabi və Qudarzinin anası da həbs olunub.
Gənci həbsdə təkadamlıq kamerada saxlanılıb. Dostlarının jurnalistlərə dediyinə görə, isttitaq zamanı fiziki və mənəvi işgəncəyə məruz qalmış B.Gəncidən Kuhayara qarşı yalan ifadə verməsi tələb edilib.
Şahidlərdən biri, Fərih Barlasın sözlərinə görə, Gənci və Qudarzi həbsxanadakı məmurlar tərəfindən onun gözü qarşısında zorlanıblar.
Bu isə onun gənci zəhər içərək, özünü öldürməsi ilə yekunlaşıb.
«Evin» zindanın rəhbərliyi isə bunları təkzib etməklə, yanaşı, «Bəhnam Gənci adını birinci dəfə eşitdiklərini» bildiriblər.
Nahal Səhabi isə uşaq baxçalarından birində tərbiyəçi işləyirmiş. O, Gəncinin başına gələnlərdən vahimələnib.Bundan başqa Nahal zorlanacağından ehtiyatlandığı üçün intiharı çıxışı yolu bilib.
Öz bolqundakı son yazısı belə olub:«Lənətə jəlməyəcsən, Behnam.sənsiz burada mən nə edim? Bilsəydin səni nə qədər sevirlər, o dünyadan qayıdardın.
Yenə dördüncü gündür, Behnam. Gəl, həmişəki kimi bir yerdə rəqs edək».
Nahal atası evində zəhər içərək özünü öldürüb. Onları çağdaş dövrün «Romeo və Cülyettası» adlandırıranlar bildirib ki, bu sevgililərin ölmündə də İranın diktatura rejimi ittiham olunur.
Jurnalistlərin tutulması İran üçün adi xəbərlərə çevrilib. Əslində bu hal daha faciəvidir.
Jurnalist Həmid Müəzzini tutulub. Hadisə bir həftə öncə baş versə də xəbəri yenicə yayılıb.
ETTELAAT-ın Buşehr şöbəsinin əməkdaşları sentyabrın (September) 28-də Həmid Müəzzini mənzilində tutub aparıblar.O, 2009-cu ilin prezident seçkisinə namizədliyini irəli sürmüş, Mehdi Kərrubinin tərəfdarıdır. Onun seçkidən sonra ayrı-ayrı qəzetlərdə Kərrubinin lehinə, hökumətin əleyhinə müxtəlif yazılar dərc etdiyi, buna görə də dəfələrlə hədələndiyi bildirilib. Hazırda ETTELAAT-ın Buşehr şöbəsinin təcridxanasında saxlanan jurnalistin konkret nədə günahlandırıldığı haqda məlumat yoxdur.
Jurnalistlər Əmirəli Əllaməzadə, Hadi Əhmədi və Mehrdad Sərcui də tutulub. ETTELAAT əməkdaşları “İlna” xəbər agentliyinin əməkdaşı Əmirəli Əllaməzadəni sentyabrın 24-də tutublar. Başqa bir xəbərdə ETTELAAT-ın Kərəc bölməsinin əməkdaşlarının “İsna” xəbər agentliyinin müxbiri Hadi Əhmədini bir neçə gün əvvəl tutulduğu bildirilib.
Keçmiş prezident Haşimi –Rəfsəncaninin başçılıq etdiyi Məsləhət Şurasının araşdırma mərkəzi, beynəlxalq əlaqələr bölməsinin əməkdaşı Mehrdad Sərcuinin isə iki ay yarığ öncə tutulduğu iki gün qabaq məlum olub. Tehranın Evin zindanının 209-cu korpusunda (bölümündə) saxlanan jurnalistin həbsinin bu günə qədər gizli saxlanmasının səbəbi haqda məlumat yoxdur.
İranda bloqçu axund Arəş (Məhəmmədsadıq) Hünərvər Şücayi 4 il müddətinə həbsə, 50 şallaq zərbəsinə və 800 dollar məbləğində pul cəriməsinə məhkum edilib.
Arəş Hünərvər Şücayi bir ilə yaxındır həbsdə saxlanır. Qum şəhərində dindən dərs deyir, təkcə müəllim kimi yox, həm də müxalif bloqçu, mərhum müxalif ayətullah Hüseynəli Müntəzirinin yaxın adamlarından biri kimi tanınır.
ETTELAAT-ın Qum şöbəsi onu 2010-cu ilin noyabrında (November) Qum dini dairəsindəki iş yerində həbs edib. O, hazırda Tehranın «Evin» zindanının 350-ci korpusunda saxlanır.
Tehranın ruhanilərlə bağlı işlərə baxan məhkəməsi Arəş Hünərvər Şücayini ölkənin «milli təhlükəsizliyinə», «dövlət quruluşuna qarşı çıxmaqda», «Avropa ölkələrinin Tehrandakı səfirliklərinə casusluq etməkdə», eləcə də «öz bloqunda şəri fitvalar verməkdə» təqsirli bilib.
Bloqçu axundun həbsdə saxlandığı müddətdə fiziki işgəncələrə məruz qaldığı, müalicəsi çətin olan müxtəlif xəstəliklərə tutulduğu, səhhətində ciddi problemlər yarandığı bildirilir.
Milli haqların təmin olunmasını isətəyən Güney Azərbaycan türklərinə qarşı da Tehranın təzyiqi davam etməkdədir.
Həftənin sonunda tanınmış ictimai fəal Abbas Lisani ETTELAAT-ın Ərdəbil əyalətindəki təcrbdxanasından qurumun Tehrandakı uyğun saxlanma yerinə köçürülüb.
O, sentyarın əvvəlində Urmiya gölünün qurumasına hakimiyyətin laqeyd münasibətinə etirza aksiyaları ilə bağlı tutulub.
Urmiya gölü ilə bağı etiraz aksiyalarında qatılmış azərbaycanlıların həbsi davam edir.
Oktyabrın 1-də ETTELAAT-ın Təbriz şöbəsinin əməkdaşları Rza Xacei və Əkbər Mühaciri iş yerində tutularaq naməlum istiqamətə aparılıblar.
Tanınan ziyalı Əsgər Əkbərzadə 20 gün ETTELAAT-ın Ərdəbildəki təcridxanasında saxlanıldıqdan sonra qurumun Tehrandakı uyğun yerinə köçürülüb.
ETTELAAT-ın Təbriz bölməsinin təcridxanasında saxlanan 15 azərbaycanlı ictimai fəala ağır işgəncələr verildiyi haqda məlumat yayılıb.
Avqustun 24-də azərbaycanlı ictimai fəal Mustafa Əvəzpurun evində verilən iftara müdaxilə edərə,k 30-dan çox azərbaycanlını tutub aparmışdılar. Onların 15-i hələ də həbsdədir.
Sentyabrın sonunda ETTELAAT-ın Təbriz bölməsinin təcridxanasında saxlanan həmin 15 azərbaycanlı məhbusu qəfəsə salıb döyüblər. Nəticədə Məhəmməd Əlimuradinin qabırğaları sınıb. Başqa bir fəal Qadir Novruzinin isə qasığı yırtılıb.
Güney Azərbaycanda tanınmış ziyalı İbrahim Cəfərzadə və ailəsinin dəfn mərasimində tutulanlardan daha 4 azərbaycanlının adları bilinib - Eyvaz Bayat, Cəlil Qənilu, Həmid Bayat və Məhəmməd Rəzzaqi.
Azərbaycan milli kimliyi uğrunda mübariz İbrahim Cəfərzadə, həyat yoldaşı Mina Kəhrəbayi və qızı Ayla ilə birlikdə sentyabrın 26-da Təbriz-Xoy yolunda avtomobil qəzasında həlak olub.
Bu xəbərlər əslində İran rejiminin vətəndaşlarına etdiyi zülmün miqyasını göstərmək üçün çox azdır. Sadəcə olaraq, 70 milyondan çox insanın facəisi haqda ötən həftə olanlardan bəzi məqamları diqqətinizə çatdırdıq.
Sədrəddin Soltan
İranda məhbuslar yenidən aclıq aksiyasına başladılar
Tehranda çörəyin qiyməti 100% bahalaşıb
İranda İsrailə görə həbs edilənlərin sayı açıqlandı
İranda daha iki vəkilə ağır həbs cəzası verildi
Fransa İrana qarşı sanksiyaların ləğvini dəstəkləməyəcək
İranda 15 məhbus edam edildi
Təbrizdə girov götürmə hadisəsi baş verib
Sərt xətt tərəfdarları rejimyönlü küçə toplantıları ilə bağlı hökumət hesabatını tənqid edib
Qətərin əsas qaz mərkəzində partlayış baş verib, 54 nəfər yaralanıb, 18 nəfər itkin düşüb
ABŞ-İran danışıqlarında 60 gün ərzində yekun razılaşmanın əldə olunmasına dair yol xəritəsi razılaşdırılıb
ABŞ-ın keçmiş İran nümayəndəsi: İran razılaşmasının ən təhlükəli nöqtəsi Livandır
İranda silahlı hücum - Polis zabiti öldürülüb
Paris Tehran müxaliflərinin mitinqinə icazə vermədi
İsrail və Hizbullah arasında atəşkəs?
Avropa Birliyi İranı insan haqlarını pozduğuna görə tənqid etdi
Fransa razılaşmanın şərtlərindən məmnun qalmadığı halda Irana qarşı BMT sanksiyalarının ləğvinə razılıq verməyəcəyini bildirib
Qoşaçay Qeydiyyatı İdarəsi 7 aydın "Elman" adına doğum şəhadətnaməsi vermir
Memorandum imzalandı, mollalar yenidən qonşuları hədələdi
Tramp İranla müharibə qərarını müdafiə edib
"Reuters": İsveçrədə planlaşdırılan ABŞ-İran danışıqları ləğv olunub
“Urmiyə Aşıq Məktəbi Musiqisi Ensiklopediyası” kitabının təqdimatı keçirilib
İran məhkəmə sisteminin rəhbəri edamlarla bağlı işlərə sürətlə baxılmasını istəyib
Təbrizdə Əsli və Kərəm tarixi kompleksi bərpa ediləcək
Qərbi Azərbaycan əyalətində çörək bahalaşdı
The Jerusalem Post: İran rejimi niyə yox edilməlidir?!
Mollalar Azərbaycan Respublikası ilə sərhədlərin açılmamasından narahatdırlar
6 şəhərdə daha 8 məhbus edam edildi
İsrail İrana geniş zərbə planını ləğv edib — Times of Israel
Güney Azərbaycanlı vəkil Məcíd Pejumanın cəsədi aşkar edilib
İran ilə ABŞ arasında danışıqlar cümə günü davam edəcək
İsrail Hizbullah mövqelərinə zərbələr endirib
İranda silahlı qruplaşma üzvləri həbs edilib
Almaniya mümkün Hörmüz əməliyyatı üçün Qırmızı dənizə gəmilər göndərir
Kirman əyalətində polis şiddəti nəticəsində 7 bəluc qadın yaralanıb
Qoşaçay Qeydiyyatı İdarəsi 7 aydın "Elman" adına doğum şəhadətnaməsi vermir
Xorasan qəzeti İran nümayəndə heyətinə ABŞ rəsmiləri ilə şəkil çəkdirməməyi tövsiyə edib
Memorandum imzalandı, mollalar yenidən qonşuları hədələdi
Fransa razılaşmanın şərtlərindən məmnun qalmadığı halda Irana qarşı BMT sanksiyalarının ləğvinə razılıq verməyəcəyini bildirib