SON XƏBƏRLƏR

Türk dilinin BMT-nin rəsmi dili kimi tanınmasına çalışılır

2021.10.20, 07:36
Türk dilinin BMT-nin rəsmi dili kimi tanınmasına çalışılır

Gunaz.tv

GünAz TV: Türkiyə türk dilinin BMT-nin (Birləşmiş Millətlər Təşkilatının) sayca yeddinci rəsmi dili qismində tanınması üçün yeni səylərə başlayıb.

 

APA-nın “Today’s Zaman” qəzetinə istinadən verdiyi məlumata görə, bu məsələ ötən həftə baş nazir Rəcəb Tayyib Ərdoğanla BMT-nin baş katibi Ban Ki Mun arasındakı görüşdə müzakirə edilib. Qəzet yazır ki, rəsmi Ankaranın təşəbbüsünün uğuru Azərbaycan və digər türk  dövlətlərinin dəstəyindən asılı olacaq.

 

Xatırladaq ki, hazırda altı dil – ingilis, fransız, rus, ərəb, Çin və ispan dilləri BMT-də rəsmi dil statusuna (vəziyyətinə) malikdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar