SON XƏBƏRLƏR

Mühəndis Meysəm Azadi mülki vəsiqə qarşılığında azadlığa buraxılıb

2021.10.20, 07:36
Mühəndis Meysəm Azadi mülki vəsiqə qarşılığında azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Mühəndis Meysəm Azadi Oktyabrın 2-də (mehrin 10-da) Urmu şəhərinin ETTELAAT (İran Kəşiyyat Nazirliyi) təcridxanasından mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.

 

Cənab Azadi 1 ay saxlanıldıqdan sonra sərbəst buraxılıb.

 

Muğanlı milli-mədəni fəal cənab Azadi Tehran polisinin mərkəzi qərargahında əsgərlik xidmətini yerinə yetirərkən, avqustun 31-də (şəhrivərin 9-da) polisin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və işgəncələr altında bir neçə gün sorğu-suala tutulduqdan sonra Urmu şəhərinin ETTELAAT idarəsinə intiqal edilmişdir.

 

Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəalın tutuqlanması avqustun 27-də (şəhrivərin 5-də) Urmu Gölü ilə bağlı keçirilən yürüşdən sonraya təsadüf edir. O, Urmu Gölünün böhranı ilə Bağlı “Urmu” dərgisində dərc olmuş bir çox məqalənin müəllifi olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar