SON XƏBƏRLƏR

Urmu gölü məsələsi alman mediasının da diqqətini cəlb edib

2021.10.20, 07:36
Urmu gölü məsələsi alman mediasının da diqqətini cəlb edib

Gunaz.tv

GünAz TV: Urmu gölünün quruldulması və İrandakı soydaşlarımızın ana dilində təhsil almamaları ilə bağlı İranın Almaniyadakı səfirliyi qarşısında keçirilən aksiya (yürüş) haqqında bu ölkənin nüfuzlu “Taqesspiegel” qəzeti reportaj (quzariş) dərc edib.

 

Bu haqda məlumatı Gün.Az-a Almaniya Xristian (məsihi) Demokratlar İttifaqının üzvü, jurnalist Fəxrəddin Hacıbəyli bildirib.

 

 “Qəzet İranın Almaniyadakı səfirliyi önündə keçirilən aksiya haqqında, Urmu məsələsi nə üçün qurudulur, İrandakı Azərbaycanlıların taleyi ilə bağlı və İran səfirliyinin aksiya reaksiya (əksüləməl) verməməsini xüsusi reportajında əsk etdirib” - deyə, Fəxrədddin Hacıbəyli qeyd etdi.

 

 Fəxrəddin Hacıbəyli onu da qeyd etdi, Urmu məsələsinin alman mediasının diqqətini cəlb etməsi bir daha onu göstərir ki, bu məsələni  diqqət saxlamaq lazımdır.

 

 “Almaniyanın çox tirajlı qəzetində Urmu məsələsi haqqında xəbərin yayılması, bu məsələ ətrafından informasiya blokadasını (mühasirəsi) yarmağa kömək edir” - deyə, jurnalist bildirdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar