SON XƏBƏRLƏR

İstanbulda Urmu gölünün qurudulmasına etiraz olaraq aksiya (göstəri) keçirilib

2021.10.20, 07:36
İstanbulda Urmu gölünün qurudulmasına etiraz olaraq aksiya (göstəri) keçirilib

Gunaz.tv

GünAz TV: İstanbulun mərkəzində Güney Azərbaycandakı Urmu gölünün qurumasının qarşısının alınması tələbi ilə aksiya (yürüş) keçirilib.

Bütöv Azərbaycan Birlik Komitəsi (BİRKOM) tərəfindən təşkil edilən aksiya Taksim meydanında başlayıb. Bu barədə APA-nın Türkiyə bürosu xəbər yayıb.

Aksiya iştirakçıları İstiqlal prospektində (xiyabanında) Qalatasaray meydanına qədər yürüyərək Urmu gölünün quruma təhlükəsinə qarşı İran dövlətinin radikal tədbirlər görməsini tələb edən şüarlar səsləndiriblər. Qalatasaray meydanında keçirilən mitinqdə isə aksiyanın tələbləri səsləndirilib. Aksiya iştirakçıları İran dövlətindən Urmu gölünün quruma təhlükəsinin aradan qaldırılması üçün təcili tədbirlər paketinin həyata keçirilməsini, Urmu gölünün quruma təhlükəsinə qarşı keçirilən aksiyalarda həbs edilənlərin sərbəst buraxılmasını, İran dövlətinin Güney Azərbaycanda həyata keçirdiyi şovinizm siyasətinə son qoyulmasını və 95 ildən bəri ana dildə təhsilə qoyulan yasağın ləğvini tələb ediblər.

Aksiya iştirakçıları Türkiyənin ətraf mühiti mühafizə təşkilatlarını Urmu gölünün quruma təhlükəsinə qarşı öz səslərini ucaltmağa çağırıblar.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar