SON XƏBƏRLƏR

Urmuda mobil telefonları və internet xəttləri pozulub

2021.10.20, 07:36
Urmuda mobil telefonları və internet xəttləri pozulub

Gunaz.tv

GünAz TV: Bu gün Urmu və Təbriz şəhərləri qeyri-adi gün yaşayır. Təhlükəsizlik qüvvələri şəhərləri bürüyüb, əlaqə vasitələrində isə problemlər yaradılıb.

 

Son məlumata görə, Urmu şəhərində internet xətti və mobil telefonu əlaqələri pozulub. Telefonlarla SMS göndərmək isə təxminən qeyri-mümkündür.

 

Qeyd etdiyimiz hər iki şəhərin mərkzi xiyabanları Təhlükəsizlik qüvvələri tərəfindən əhatəyə alınıb. Etiraz yürüşünə hazırlaşan soydaşlarımızın ən kiçik hərəkəti, məmurların diqqəti mərkəzindədir.

 

Urmu şəhərində təhlükəsizlik qüvvələrinin sayı keçən həftələrdə keçirilən yürüşlər zamanından daha çox olduğu da bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar