SON XƏBƏRLƏR

Təhlükəsizlik qüvvələri Urmu və Təbriz şəhərlərində fəallaşıb

2021.10.20, 07:36
Təhlükəsizlik qüvvələri Urmu və Təbriz şəhərlərində fəallaşıb

Gunaz.tv

GünAz TV: İran rejimin təhlükəsizlik qüvvələri Güney Azərbaycan müxtəlif şəhərləri xüsusi ilə Urmu və Təbrizdə fəallaşıb.

 

Bu gün Urmu Gölü və Ana dili ilə bağlı keçirilməsi qərarlaşdırlan Kütləvi Etiraz Yürüşünə görə hərəkətə keçən təhlükəsizlik qüvvələri Urmu şəhərinin İmam, Ətayi, Zəncir, Şapur xiyabanları və əyalət, mərkəz, pəncrah, Bkiri, əmini, Kaşani və ... kimi məntəqələrdə yerləşiblər. Xiyabanların başlağıcında isə motosikletli məmurlar dayanıb.

Urmu şəhərinin yarı-tətil vəziyyətdə olduğu bildirilir.

 

Təbriz şəhərindədə təhlükəsizlik qüvvələrinin xüsusi fəallığı görünməkdədir.

Hökumət qüvvələri Təbrizə daxil olan bütün ümumi və şəxsi avtomobillərdə axtarış aparırlar. Onlar bununla özəlliklə azərbaycanlı fəalların başqa şəhərlərdən Təbrizə daxil olmasını əngəlləmək istəyirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar