SON XƏBƏRLƏR

“Araz Azərbaycan” qəzeti yenidən çapa başlayır

2021.10.20, 07:36
“Araz Azərbaycan” qəzeti yenidən çapa başlayır

Gunaz.tv

GünAz TV: İranın Mədəniyyət nazirliyi Azərbaycan vilayətlərində (ostanlarında) çap üçün icazə verilmiş nəşrlərin dəqiq siyahısı barədə məlumat yaymır.

 “Araz Azərbaycan” qəzetinin redaktoru (virayeşgər)  İbrahim Ağazadə  Mehr Xəbər Agentliyinə bildirib ki, bu qəzetin ən önəmli məqsədi  “İş bilən və iş yaradan idarə rəhbərlərinin təşviqi  ilə və islahat məqsədilə  tənqiddir”. Qəzet oktyabr (October) ayında 4-5 dəfə, noyabrdan (November) başlayaraq isə hər gün nəşr olunacaq”.

İranın Mədəniyyət nazirliyi Azərbaycan vilayətlərində çap üçün icazə verilmiş nəşrlərin dəqiq siyahısı barədə məlumat yaymır. Qeyri rəsmi məlumatlara görə, Qərbi Azərbaycanda 42 dərgi və qəzet çap üçün icazə alıb. Onların 4-ü gündəlik, 19-u həftəlik, 14-ü aylıq olaraq və 4-ü hər üç ayda bir dəfə çap olunmalıdır.

İran qanunlarına görə, ölkənin beş regionunda (bölgəsində) dərgi və qəzet həmin bölgənin əhalisinin dilində nəşr oluna bilməz. Amma iki və ya üç dildə çap olunmasına imkan verilir. Belə ki, Qərbi Azərbaycan vilayətinin 42 nəşrindən 10-15 türk dilində bir neçə səhifə çap edə bilir. Digər qəzet və dərgilər tamamilə fars dilində çap olunur.

 

Şərqi Azərbaycan əyalətində isə 72 qəzet və jurnal çap olunur. Onlardan   “Məhdi Azadi”, “Əsri Azadi”, “Fəcri Azərbaycan”, “Saebi Təbriz”, “Surxab”, “Əmin”, “Ərk” və “Azərbaycan” hər gün nəşr edilir.

 

Zəncan əyalətinin Mədəniyyət idarəsinin verdiyi məlumata görə, bu vilayətdə 21 mətbu nəşr var. Onların 11-i fars dilində çap olunur. Ancaq 10 qəzet türk və fars dillərində yayılır. Təbii ki türkdilli səhifələrin sayı fars bölümündən bir neçə dəfə azdır.

 

Ərdəbil vilayətinin şəhərlərində 35 dərgi və qəzet nəşr üçün İran dövlətindən izin alıb. Onların içində gündəlik çap olunan yoxdur. Onların 26-sı həftəlik, 7-si aylıq və 2-si hər üç ayda bir dəfə nəşr edilir.

 

Ümumilikdə, İranda 4 Azərbaycan vilayətlərində 170 qəzet və dərgi nəşr üçün icazə alıb. Amma, bu nəşrlərin bir çoxu hökumət tərəfindən bağlanıb, bəzilərinin çapına isə imkan verilmir. VOA

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar