SON XƏBƏRLƏR

Prezident Obama "bir nömrəli" terrorçunun ölməsini təsdiqləyib

2021.10.20, 07:36
Prezident Obama "bir nömrəli" terrorçunun ölməsini təsdiqləyib

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Şttaları) prezidenti Barak Obama Ənvar əl-Əvlakinin öldürülməsini şərh edib.

Ənvar əl-Əvlakinin zərərsizləşdirilməsi bir daha onu göstərir ki, “Əl-Qaidə” terror şəbəkəsi və onlarla əlaqəli digər silahlı terror qruplaşmalarının başçılarına dünyanın hər hansı bir nöqtəsində təhlükəsiz sığınacaq tapmaq qismət olmayacaq. GünAz TV mətbuat mərkəzinin “Ans press”-ə istinadən yaydığı məlumata görə, Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və silahlı qüvvələrin Yəmən ərazisində əməliyyat keçirərək "Əl-Qaidə"nin Ərəb yarımadasındakı lideri Ənvar əl-Əvlakini zərərsizləşdirilməsini şərh edən Birləşmiş Ştatlar prezident Barak Obama deyib.

ABŞ prezidentinin sözlərinə görə, əl-Əvlakinin zərərsizləşdirilməsi "Əl-Qaidə" ilə mübarizədə yeni əhəmiyyətli addım idi.

Qeyd edək ki, Yəmənin Müdafiə Nazirliyi bildirib ki, ABŞ-da doğulmuş ruhani Ənvar əl-Avlaki öldürülüb. Nazirlik ölkədə əl-Qaidə qüvvələri ilə əlaqədə olan Avlakinin militant olmaqda şübhəli bilinən bir neçə başqa adamlarla bərabər öldürüldüyünü deyib. Nazirlik onun ölümünün necə baş verməsi barədə əlavə məlumat verməyib. Lakin qəbilə mənbələri və təhlükəsizlik rəsmiləri ABŞ-da doğulmuş ruhaninin dünən səhər ölkənin şərqində əl-Qaidə maşın karvanına edilən hava hücumuna hədəf olduğunu bildirib.  Hücumun hansı qüvvələr tərəfindən həyata keçirildiyi aydın deyil.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar