SON XƏBƏRLƏR

Türkiyə İsrailə qarşı qırıcılarını havaya qaldırdı

2021.10.20, 07:36
Türkiyə İsrailə qarşı qırıcılarını havaya qaldırdı

Gunaz.tv

GünAz TV: Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) Kiprin (Qıbrısın) həm yunan, həm də türk hissələrinin üzərindən uçan İsrailin iki F-15 döyüş təyyarəsini tutmaq və müşayiət etmək üçün bir neçə cüt F-16 qırıcılarını havaya qaldırıblar.

 

İsrail qırıcıları Təl-Əviv yaxınlığındakı bazadan (payqahdan) havaya qalxıb, bundan sonra Kiprə tərəf istiqamət götürüblər. bu barədə Gün.Az  Lenta.Ru-ya istinadən xəbər yayıb.

 

 Türkiyə Hava Hücumundan Müdafiə (HHM) qüvvələrinin adanın şimal hissəsində hava məkanının pozulmasının yolverilməz olması barədə xəbərdarlığına israillilər reaksiya (əksüləməl) göstərməyib.

 

 Hava məkanına daxil olmuş F-15 təyyarələrini qarşılamaq üçün Türkiyə HHQ-in F-16 qırıcıları havaya qalxdıqdan sonra israillilər geri dönüb və bazaya qayıdıblar. 

 

 F-15 cütlüyü Kipr üzərində alçaqdan uçduğu üçün təyyarələri yerdən aydın görmək olub.

 

 Bundan başqa, İsrailin hərbi vertolyotu (helikopteri) Türkiyənin Kipr şelfində neft axtarışı ilə məşğul olan “Piri Rəis” geoloji kəşfiyyat gəmisinin üzərindən uçub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar