SON XƏBƏRLƏR

Ermənistanda növbəti mitinq dalğası başladı

2021.10.20, 07:36
Ermənistanda növbəti mitinq dalğası başladı

Gunaz.tv

GünAz TV: Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresi oturaq aksiyaya (mitinq) başlamaq barədə qərar qəbul edib.

 

Lent.az-ın Ermənistan xəbər agentliklərinə (ajansına) istinadən verdiyi məlumata görə, müxalifət İrəvandakı Azadlıq meydanında 10-a qədər çadır qurub.

Qeyd edək ki, sentyabrın (September) 30-da İrəvanda müxalifətin növbəti mitinqi keçirilib. Hüquq-mühafizə orqanları mitinqdə 6 min adamın iştirak etdiyini bildiriblər. Amma müstəqil ekspertlər (karşünaslar)  iştirak edənlərin sayının qat-qat çox olduğunu vurğulayıblar.

 

 Mitinqin yekununa yaxın fasiləsiz etiraz aksiyaları barədə qərar qəbul olunub. Ter-Petrosyan toplananlardan qayda-qanuna riayət etməyi tələb edib: “Ən əsası budur. 4 illik mübarizə dövründə heç bir zaman qanunu pozmamışıq. Biz ölkəni çalxalanmalara aparmaq istəmirik”.

 

 Gecə Azadlıq meydanında 150-200 adam qalıb. Bu gün mitinqin davam edəcəyi gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar